Icma.az
close
up
RU
254 milyon manatlıq CİNAYƏT: Ailəm əsrlərdir, Bakıda yaşayır, beş altı avtomobil niyə almayım ki?

254 milyon manatlıq CİNAYƏT: Ailəm əsrlərdir, Bakıda yaşayır, beş altı avtomobil niyə almayım ki?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Külli miqdarda vəsaitin leqallaşdırılması, vergidən yayınmaqla bağlı mütəşəkkil kibercinayətkarlıqda ittiham olunan dəstə üzvləri - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədovun cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesin ilkin mərhələsində vəkillərin ötən prosesdə məhkəmə heyətinə etiraz etmələri ilə bağlı təqdim olunan vəsatətə baxılıb.

Qısa müzakirələrdən sonra vəsatət yenə də baxılmamış saxlanılıb.

Vəkillər vəsatət verərək xahiş ediblər ki, Bahadır Qasımov və İkram Qasımov səhhətlərindəki problemlərlə əlaqədar müalicə müəssisəsinə köçürülsünlər.

Prosesdə təqsirləndirilən Bahadır Qasımova ifadə üçün söz verilib. O bildirib ki, Azərbaycanda heç bir fəaliyyəti olmayıb:

"1998-ci ildə Rusiyaya getmişəm. 2000-ci ildə ailə qurub Rusiya vətəndaşlığı almışam və bizneslə məşğul olmuşam. Bir müddət müxtəlif ölkələrdə şirkətlər açıb, investisiya yatırmışam. Son 15 ildə isə xəstəliyimlə əlaqədar biznesdən uzaq olub, pensiya alıb, yaşamışam. Prezidentin ölkəyə investisiya yatırımı ilə bağlı biznesmenlərə çağırışından sonra gəlib ölkəyə yatırım etmişəm. Azərbaycanda bundan başqa heç bir fəaliyyətim olmayıb. Buradakı investisiyalarımın da vergisini ödəmişəm. Bir həftəlik Azərbaycana gəldim ki, Avropaya gedim. Çünki Rusiyadan birbaşa Avropaya çıxış yoxdur. Lənkəranda müalicədə olarkən qardaşım zəng etdi ki, evdə axtarış aparıblar. Oraya gedəndə məni tutdular. Əsasən, ticarətlə məşğul olmuşam. Mənə elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. İttiham olunan digər şəxsləri tanıyıram, lakin onların fəaliyyətindən xəbərim olmayıb. Mənim qanunsuz fəaliyyətlə məşğul olmağa ehtiyacım yoxdur".

Digər təqsirləndirilən İkram Qasımov isə bildirib ki, onun əsas ticarəti Dubayda olub:

"Mən, əsasən, Dubayda ticarətlə məşğul olmuşam. Bakıda heç bir fəaliyyətim olmayıb. Ümumiyyətlə isə heç bir qaçaqmalçılıq fəaliyyətim olmayıb. Evimə aldığım hədiyyələrə qaçaqmalçılıqla gətirdiyimi deyiblər, amma bu, doğru deyil. Elan olunmuş ittihamda özümü təqsirli bilmirəm. Evimdə axtarış zamanı tapılan silahların isə hamısı mənə aiddir və qanunidir. Hamısının sənədi var. Lakin ofisdən tapılan silahlar mənə aid deyil. Evimdə tapılan qızıllar isə ailəmə aldığım hədiyyələrdir. Bizim ailə əsrlərdir Bakıda yaşayır. İki-üç ev, beş-altı avtomobil niyə ala bilməyim ki?"

Vəli Əliyev sərbəst ifadəsi zamanı, sadəcə, xarici pasportu olduğu üçün ona verilmiş əmanətləri Dubaya apardığını və ya oradan gətirdiyini vurğulayıb:

"Mən özümü elan olunmuş ittihamda təqsirli bilmirəm. Mənə gömrük nəzarətindən öncə əmanətləri (qızılları) və onun möhürlənmiş sənədlərini verdilər ki, ölkəyə gətirim. Sadəcə, xahiş ediblər, mən də etmişəm. Daha sonra onları Bakıya gətirib, Müşviq adlı şəxsə vermişəm. Qaçaqmalçılıq ittihamını qəbul etmirəm".

Növbəti proses aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Yasamal rayonu ərazisində yerləşən ofisdə qanunsuz pul köçürmələrinin həyata keçirilməsinə qarşı əməliyyat keçirib.

Əməliyyatla mütəşəkkil cinayətkarlıqla məşğul olmaqda şübhəli bilinən altı nəfər - Bahadır Ağaqulu oğlu Qasımov, onun qardaşı İkram Ağaqulu oğlu Qasımov, onların əmisi oğlu Fərhad Etibar oğlu Qasımov, Cavid Hacı oğlu Əzizov, Vəli Ağamalı oğlu Əliyev və Anar Şamil oğlu Əhmədov - həbs edilib.

İttihama görə, onlar xarici ölkədən Azərbaycana və geriyə qanunsuz pul vəsaitləri köçürüblər və qanunsuz olaraq bank fəaliyyəti həyata keçirməklə külli miqdarda vergi ödəməkdən yayınıblar. Dəstə üzvləri bu işlərlə bağlı öz aralarında vəzifə bölgüsü də aparıblar.

Pulların leqallaşdırılması Bakının Yasamal rayonunda, İstanbul və Dubaydakı ofislərdə həyata keçirilib.

Şirkət vasitəsilə xarici ölkələrə ümumilikdə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürülüb. Həmin vəsaitin 1 faizi - 2 milyon 500 min manatı xidmət haqqı kimi onların özünə qalıb.

Ofisdə və İ.Qasımovun yaşadığı evdə axtarış zamanı 1 milyon 500 min dollar, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, ümumi dəyəri 1 milyon manata yaxın qiymətləndirilən 100-ə yaxın qızıl-brilyant əşyalar tapılıb. Qızıl-zinət əşyalarının ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi bildirilir.

Həbs edilmiş şəxslərin özlərinin və ailə üzvlərinin çoxsaylı əmlakı, eləcə də 100-ə yaxın bahalı avtomobilin, digər minik vasitələrinin üzərinə həbs qoyulub. Hesablamalara əsasən, bütün əmlakların ümumi dəyəri yarım milyard manata yaxındır.

Təqsirləndirilənlərə qarşı CM-in 192.3.2, 193-1.3.1, 193-1.3.2 və 206-1.3-cü maddələri ilə cinayət işi açılaraq ittiham verilib.

Elgün Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 Aprel 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see220

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see218

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see215

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see209

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see193

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see143

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see140

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see131

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see125

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see122

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see121

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri