Icma.az
close
up
RU
27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib

27 ölkənin diplomatına Böyük Qayıdış prosesi haqqında məlumat verilib

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və ADA Universitetinin birgə əməkdaşlığı ilə “Əcnəbi diplomatlar üçün diplomatik xidmət təkmilləşdirmə proqramı (AFSP)”çərçivəsində keçirilən sessiyada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov 27 ölkəni təmsil edən 31-ə yaxın yüksək vəzifəli diplomat üçün “Azərbaycanda məcburi köçkünlər probleminin həlli – uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.

Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə ,diplomatlara Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşamağa məruz qalmış 1 milyondan çox şəxsin yaşadığı məhrumiyyətlər, çətinliklər haqqında məlumat verilib. Bildirilib ki, doğma yurdlarını tərk etməyə məcbur olmuş soyaşlarımız çətin və ağır şəraitdə yarımçıq binalar, zirzəmilər, yataqxanalarda məskunlaşıb.

Sədr müavini Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən kompleks dövlət siyasəti barədə məlumat verib. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən söz açaraq, Birinci vitse-prezident Mehriban Əliyevanın məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğı da xüsusi vurğulanıb.

Çıxış zamanı qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilir. Bu istiqamət həm də regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdən biri kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Diplomatların diqqətinə çatdırılıb ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir.

Bu çərçivədə Dövlət Komitəsi ilə ADA Universiteti tərəfindən “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi haqqında məlumat verilib. Köçkünlərin reinteqrasiya tədbirlərinə cəlb edilməsi, köç prosesinin təşkili, onların maarifləndirilməsi məqsədilə təbliğat-təşviqat işlərinin icrası, xüsusi qaynar xətt xidmətinin yaradılması da komitənin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan fəaliyyətlərdən bir neçəsidir. Ermənistanın uzun illər ərzində işğal altında saxladığı əraziləri mina ilə çirkləndirməsi Böyük Qayıdış prosesinin qarşısında ciddi maneə olaraq qalmaqdadır.

Tədbirdə o da qeyd olunub ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli sahəsində deyil, eyni zamanda postmünaqişə dövrünün reabilitasiyası və keçmiş məcburi köçkünlərin doğma yurdlarında reinteqrasiyası baxımından da dünya miqyasında nümunəvi bir model təqdim etməkdədir.

Diplomatlara, həmçinin Qərbi Azərbaycan torpaqlarından azərbaycanlıların deportasiyası, xalqımıza qarşı törədilən cinayətlər barədə ətraflı məlumat verilib. Dövlətimizin güclü dəstəyi sayəsində Qərbi Azərbaycan İcmasının fəal və səmərəli iş apardığı, Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlandığı, məcburi köçkünlər və qaçqınlar üçün ədalətin bərpası regionda istənilən uzunmüddətli sülh və sabitliyin möhkəm təməlidir və bu baxımdan indiki Ermənistandan öz ata-baba yurdlarından zorla qovulmuş 300 minə yaxın azərbaycanlı qaçqının təhlükəsiz və ləyaqətlə qayıtmaq hüquqları qorunmalı və istənilən uzunmüddətli sülhün bir hissəsini təşkil etməli olduğu vurğulanıb.

Mühazirədən sonra Amerikada doğulub boya-başa çatmış, əsli Cəbrayıl rayonunun Süleymanlı kəndindən olan gənc Ceyhun Qarabağlının baba yurduna səfərindən bəhs edən “Bura mənim evimdir” sənədli filmi, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərini, insanların firavan yaşayını nümayiş etdirən video çarxlar nümayiş olunub, eləcə də Dövlət Komitəsi tərəfindən hazırlanmış çap materialları iştirakçılara paylanılıb. Təqdim olunan materiallar diplomatlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda sədr müavini iştirakçıların qayıdış prosesi və ümumilikdə dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 İyun 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri