Icma.az
close
up
RU
27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub AZƏRTAC

27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə hazırlığın artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində 27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında treninq təşkil olunub.

AZƏRTAC xəbər verir ki, treninqdə çıxış edən 27 saylı Sabunçu dairə ikinci seçki komissiyasının sədri Nadir Əjdərov ümumilikdə 38 seçki məntəqəsinin fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, bu məntəqələrdə qeydiyyatda olan seçicilərin ümumi sayı 53 min 105 nəfərdir.

N.Əjdərov diqqətə çatdırıb ki, seçkilərə hazırlıq prosesi çərçivəsində seçki məntəqələrinin təşkili, seçki siyahılarının dəqiqləşdirilməsi və seçicilərə bildirişlərin paylanması işləri artıq sona çatmaq üzrədir: “Seçki məntəqəsi və komissiya üzvlərinin maarifləndirilməsi məqsədilə seminarlar keçirilir. Hazırda üçüncü dəfədir ki, bununla bağlı seminar keçirilir. Bu seminarların əsas məqsədi komissiya üzvlərinin biliklərini təkmilləşdirmək və seçki günü ilə bağlı vacib prosedurları təkrar nəzərdən keçirməkdir”.

Sədr seçki statistikası və ilk dəfə səs verənlərlə bağlı məsələlərə də toxunub: “Sabunçu rayonu üzrə 27 saylı seçki dairəsində üzrə ilk dəfə səs verəcək seçicilərin sayı 239 nəfərdir. Ümumilikdə seçici yaş qrupları arasında 80 yaş və yuxarı şəxslərin sayı 145 nəfər təşkil edir. Dairə üzrə 12 seçki məntəqəsi seçki prosesinə tam hazırdır. Yaxın günlərdə seçki ilə bağlı son sənədlərin hazırlanması və paylanması prosesi başa çatdırılacaq. Sabunçu rayonu üzrə seçkilərə hazırlıq işləri planlı şəkildə həyata keçirilir və hərtərəfli maarifləndirmə tədbirləri davam etdirilir. Seçkiyə hazırlığın başa çatması ilə əlaqədar yüksək iştirak gözlənilir”.

Qeyd edək ki, MSK tərəfindən təsdiq olunan “Təqvim Planı”na uyğun olaraq dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə onların hazırlığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində DSK-nın inzibati binasında treninqlərin keçirilməsi davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri