Icma.az
close
up
RU
27 Sentyabr Anım Gününün Tarixi və Milli İrsi

27 Sentyabr Anım Gününün Tarixi və Milli İrsi

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan xalqının müasir tarixi qəhrəmanlıq, fədakarlıq və milli iradənin ən uca nümunələri ilə zəngindir. Xalqımızın müstəqilliyinin qorunması və ərazi bütövlüyümüzün bərpası uğrunda apardığı mübarizənin zirvə nöqtəsi 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi olmuşdur. Bu müharibə nəticəsində Azərbaycan torpaqlarının uzun illər işğal altında qalmış hissəsi azad edilmiş, xalqımız milli qürurunu, tarixi ədaləti və suverenliyini bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək: "Biz bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimizlə qürur duyuruq. Onların qəhrəmanlığı, şücaəti, fədakarlığı artıq dastana çevrilmişdir.” Bu fikirlər bir daha göstərir ki, 27 sentyabr – Anım Günü sadəcə bir tarix deyil, milli yaddaşımızın, şəhidlərimizin müqəddəs xatirəsinin və gələcək nəsillərə ötürüləcək əbədi mirasın rəmzidir.

Azərbaycan xalqı heç vaxt işğalla barışmamışdır. Ermənistanın əsassız ərazi iddiaları, ifrat millətçi ideologiyası və beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti 30 ilə yaxın bir müddətdə problemin sülh yolu ilə həllini mümkünsüz etmişdir.

Tarixi faktlar: XX əsrin əvvəllərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi qətliamlar, 1948–1956-cı illərdə və 1988-ci ildən etibarən həyata keçirilən deportasiyalar, nəticədə isə 300 min soydaşımızın öz ata-baba yurdlarından didərgin salınması xalqımızın yaddaşına silinməz faciələr kimi həkk olunmuşdur.

Xocalı Soyqırımı: 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı faciəsi erməni vandalizminin ən dəhşətli nümunəsidir. 613 nəfərin vəhşicəsinə qətlə yetirilməsi, uşaqların, qadınların və qocaların öldürülməsi beynəlxalq hüququn bütün normalarına zidd olaraq insanlığa qarşı cinayət idi. 

Siyasi nəticəsizlik: ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması Ermənistanın işğalçılıq siyasətini daha da cəsarətləndirmişdir.

Bu səbəblərdən 2020-ci ilin sentyabrında Ermənistan ordusunun növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə əks-hücuma başlamış və 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmışdır.

Azərbaycan Ordusunun gücü, xalqın birliyi və rəhbərliyin qətiyyəti nəticəsində qısa müddətdə tarixi ədalət bərpa edildi.

Azad olunmuş torpaqlar: 5 şəhər, 4 qəsəbə və 286 kənd, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa işğaldan azad olundu.

Siyasi mərhələ: 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanat nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları da döyüşsüz şəkildə Azərbaycana qaytarıldı.

Milli həmrəylik: Müharibə dövründə bütün xalq "Öldü var, döndü yoxdur” şüarı ilə ordunun arxasında birləşdi, cəbhə ilə arxa cəbhə arasında sarsılmaz həmrəylik yarandı.

Bu Qələbə Azərbaycan tarixində yeni bir mərhələ açdı. Azərbaycan artıq regionda qalib dövlət, xalqımız isə müzəffər xalq kimi tanındı.

Prezident cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir. Bu gün Vətən uğrunda canından keçmiş bütün qəhrəmanların müqəddəs xatirəsinə xalqımızın dərin ehtiramının ifadəsidir.

Şəhidlərimizin canı və qanı bahasına əldə olunmuş Qələbə yalnız bu günün deyil, gələcək nəsillərin də məsuliyyətidir. Azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri onların əziz xatirəsinə ucaldılan canlı abidədir. Bakıda inşa olunan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi, həmçinin Zəfər parkı xalqımızın qəhrəmanlığını və şəhidlərin ölməzliyini təcəssüm etdirir. "YAŞAT” Fondu vasitəsilə şəhid ailələri və qazilər hər zaman dövlətin diqqət mərkəzində saxlanılır. Onların sosial təminatı, sağlamlığının bərpası və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

27 sentyabr – Anım Günü yalnız kədər günü deyil, həm də milli qürur, Vətən sevgisi və şəhidlərimizin müqəddəs xatirəsinə sədaqət günüdür. Bu gün Azərbaycan xalqının qəhrəmanlıq tarixinə yazılmış ən şanlı səhifələrdən birini xatırladır.

Şəhidlərin qanı bahasına bərpa edilmiş torpaqlarımızda dalğalanan üçrəngli bayraq xalqımızın milli iradəsinin, birliyinin və əzminin simvoludur.

Azərbaycan bu gün qalib xalqdır və bu qələbənin qorunması, əbədiləşdirilməsi hər birimizin vəzifəsidir. Şəhidlərin ruhu qarşısında borcumuz onların bizə miras qoyduğu azad və güclü Vətəni daim inkişaf etdirmək, gələcək nəsillərə qürurla ötürməkdir.

Füzuli Həsənov, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi Binəqədi rayon şöbəsinin sədri, I qrup Qarabağ qazisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Sentyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri