Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

“27 Sentyabr milli iradənin və tarixi Zəfərin başlanğıcıdır“ DEPUTAT DANIŞDI

“27 Sentyabr milli iradənin və tarixi Zəfərin başlanğıcıdır“ DEPUTAT DANIŞDI

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“27 sentyabr – Anım Günü Azərbaycanın müasir tarixində xüsusi yeri olan, xalqımızın taleyində mühüm dönüş mərhələsini ifadə edən tarixi gündür. Məhz 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına aparan Zəfər yolunun başlanğıcını qoydu”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

Onun sözlərinə görə, bu tarix həm şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi, həm də Azərbaycan xalqının milli iradəsinin, həmrəyliyinin və dövlətçilik əzminin təcəssümü baxımından mühüm əhəmiyyət daşıyır.

T.Rzayev qeyd edib ki, Azərbaycan uzun illər ərzində Ermənistanın işğalı altında qalan torpaqlarının sülh yolu ilə azad edilməsinə çalışıb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmiz müharibə istəmir, insanların həyatını itirməsinə və yaşayış məntəqələrinin dağıdılmasına tərəfdar deyil:

“Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan sülh yolu ilə ərazi bütövlüyünün bərpasından ibarət olub. Lakin uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalması, işğal faktının aradan qaldırılmaması və Ermənistanın hərbi-siyasi təxribatları vəziyyəti daha da gərginləşdirirdi. 2020-ci ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə və mövqelərinə genişmiqyaslı hücumu qarşısında Azərbaycan Ordusu əks-həmlə tədbirlərinə başladı. Beləliklə, 27 sentyabr tarixində başlayan Vətən müharibəsi Azərbaycan xalqının öz torpaqlarını müdafiə etmək və işğala son qoymaq iradəsinin real ifadəsinə çevrildi”.

Komitə sədri bildirib ki, 27 Sentyabr Zəfərini yalnız 44 günlük müharibənin nəticəsi kimi qiymətləndirmək hadisələrin mahiyyətini tam əhatə etmir.

“Çünki 2020-ci ilə qədərki dövrdə Azərbaycanın hərbi potensialının gücləndirilməsi, iqtisadi imkanların artırılması və müdafiə sənayesinin inkişaf etdirilməsi məqsədyönlü şəkildə davam etdirilmişdi. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ildə Naxçıvan istiqamətində keçirilən hərbi əməliyyat Azərbaycan Ordusunun döyüş imkanlarının və yeni taktiki yanaşmalarının sınaq mərhələlərindən biri kimi yadda qaldı. 2020-ci il müharibəsində isə bu təcrübə daha müasir silah sistemləri, pilotsuz uçuş aparatları və yeni döyüş taktikaları ilə tamamlandı. Azərbaycan müharibə ərəfəsində daha müxtəlif və müasir raket, artilleriya və pilotsuz uçuş vasitələrinə malik idi və uzunmüddətli iqtisadi imkanlar bu hərbi modernləşmənin maliyyələşdirilməsinə şərait yaratmışdı. Bu baxımdan 27 sentyabrda başlayan proses təkcə döyüş meydanındakı hadisə deyil, uzun müddət ərzində formalaşan hərbi-strateji hazırlığın da nəticəsi kimi nəzərdən keçirilə bilər”, - deyə T.Rzayev vurğulayıb.

Onun sözlərinə görə, 44 gün davam edən müharibə Azərbaycan tarixində yeni mərhələnin əsasını qoyub.

“Azərbaycan Ordusunun hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi peşəkarlıq, döyüş qabiliyyəti və qəhrəmanlıq nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması və digər rayonların Azərbaycana qaytarılması təmin olundu. Bununla da Azərbaycan xalqının uzun illər gözlədiyi tarixi Zəfərin əsas nəticələri rəsmiləşdirildi”,- deyə komitə sədri qeyd edib.

T.Rzayev vurğulayıb ki, bu Zəfərin əldə olunmasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və qəhrəmanlığı, xalqımızın milli həmrəyliyi mühüm rol oynayıb. Bu Qələbənin ən ağır və müqəddəs səhifəsini isə Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığı təşkil edib.
“Minlərlə Azərbaycan vətəndaşı Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı. Buna görə də 27 Sentyabr ilk növbədə şəhidlərimizin xatirəsinin ehtiramla yad edildiyi gündür. Onların həyatını Vətənə həsr etməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası tarixinin ayrılmaz hissəsidir”, - deyə o əlavə edib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanın müharibədən sonrakı siyasəti hərbi Zəfərin nəticələrinin möhkəmləndirilməsi, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, işğaldan azad olunmuş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin olunması istiqamətində davam etdirilib.

T.Rzayev bildirib ki, 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində tam bərpası təmin edilib.

“Bu hadisə Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası prosesinin məntiqi davamı oldu”, - deyə o qeyd edib.

Millət vəkili diqqətə çatdırıb ki, bu gün 27 Sentyabrın tarixi əhəmiyyəti yalnız 2020-ci ildə qazanılan hərbi Qələbə ilə məhdudlaşmır.

“Bu tarix, eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində Azərbaycanın qarşısında açılan yeni inkişaf mərhələsinin başlanğıcı kimi xarakterizə olunur. Dövlət başçısının Zəfərdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirməsi hərbi Qələbənin dayanıqlı sülhə, sosial rifaha və iqtisadi inkişafa çevrilməsinə hesablanmış strateji yanaşmanın göstəricisidir. Bu gün həmin siyasətin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, dağıdılmış şəhər və kəndlər yenidən qurulur, insanların doğma yurdlarına qayıdışı təmin edilir”.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun bərpası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli dövlət siyasətinin praktiki nəticəsi kimi çıxış edir.

“Qısa müddət ərzində yaşayış məntəqələrinin salınması, məktəb, xəstəxana və digər sosial obyektlərin inşası, avtomobil və dəmir yollarının çəkilməsi, hava limanlarının istifadəyə verilməsi, tunel və körpülərin tikilməsi bu ərazilərin müasir və dayanıqlı inkişaf modelinə inteqrasiyasını təmin edir. Burada əsas məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, Qarabağ və Şərqi Zəngəzuru müasir, təhlükəsiz və iqtisadi baxımdan fəal regiona çevirməkdir. İnsanların öz ata-baba yurdlarına qayıdaraq yeni həyat qurması isə bu siyasətin ən mühüm humanitar nəticələrindən biridir”, - deyə T.Rzayev vurğulayıb.

O bildirib ki, ən mühüm nəticələrdən biri insanların doğma torpaqlarına qayıdışıdır.

“Uzun illər məcburi köçkün həyatı yaşayan Azərbaycan vətəndaşlarının öz ata-baba yurdlarına qayıtması, burada yeni evlərə köçməsi, təsərrüfat fəaliyyəti ilə məşğul olması və həyatını yenidən qurması Zəfərin humanitar mahiyyətini daha aydın göstərir”, - deyə komitə sədri qeyd edib.

T.Rzayevin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun bərpası eyni zamanda Azərbaycanın iqtisadi imkanlarının və dövlət idarəçiliyinin qarşısında duran böyük layihələrin həyata keçirilməsi baxımından da əhəmiyyətlidir.

“Yeni yolların, hava limanlarının, enerji və kommunikasiya xətlərinin yaradılması bu ərazilərin ölkənin iqtisadi sisteminə daha sıx inteqrasiyasına şərait yaradır. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda beynəlxalq tədbirlərin keçirilməsi həmin ərazilərin Azərbaycanın ictimai, iqtisadi və diplomatik həyatında artan rolunu nümayiş etdirir”, - deyə o əlavə edib.

Komitə sədri qeyd edib ki, 27 Sentyabr Azərbaycan tarixində yalnız bir müharibənin başlanma tarixi deyil.

“Bu tarix milli iradənin, dövlətçilik əzminin və Vətən uğrunda fədakarlığın simvoluna çevrilib. 27 sentyabrdan başlayan proses Azərbaycan xalqının həm hərbi, həm siyasi, həm də iqtisadi potensialını nümayiş etdirən mühüm tarixi mərhələ oldu”.

Onun sözlərinə görə, bu gün həmin Zəfərin ən böyük nəticəsi Qarabağ və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi, insanların doğma yurdlarına qayıtması və bu ərazilərdə yeni həyatın formalaşdırılmasıdır.

“Bir vaxtlar işğalın ağır nəticələrinin müşahidə olunduğu torpaqlarda bu gün məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, yollar və digər müasir infrastruktur obyektləri yaradılır.

27 Sentyabrın mahiyyətində həm ağrı, həm qürur, həm də gələcəyə inam dayanır. Şəhidlərimizin xatirəsinə ehtiramla yanaşı, bu tarix Azərbaycan dövlətinin qarşısında açılan yeni imkanların başlanğıcını da ifadə edir. Zəfər yolu yalnız hərbi meydanda qazanılan Qələbə ilə tamamlanmadı; bu yol bu gün quruculuq, qayıdış, inkişaf və yeni həyat mərhələsi ilə davam edir.

Məhz buna görə 27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşında həm şəhidlərimizin müqəddəs xatirəsi, həm də milli iradənin və tarixi Zəfərin başlanğıcı kimi yaşayacaq”, - deyə Tahir Rzayev qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Sentyabr 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri