Icma.az
close
up
RU
27 sentyabr qəhrəmanlıq salnaməsinin başlanğıcıdır

27 sentyabr qəhrəmanlıq salnaməsinin başlanğıcıdır

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Son iki yüz il ərzində ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti onların Qafqaza köçürülməsilə bilavasitə bağlıdır. Sirr deyil ki, müxtəlif xarici havadarlarının bilavasitə dəstəyi ilə artıq 90-cı illərin əvvəlində 20 faiz torpaqlarımız işğal olundu, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün kimi bir çox mərhumiyyətlərə məruz qaldı. Lakin 27 il səbr və təmkin göstərən Ali dövlət rəhbərliyi regionda və dünyada baş verən geosiyasi vəziyyəti mükəmməl təhlil və analiz edərək əlahəzrət zamanı düzgün qiymətləndirməklə tariximizə şərəf və qəhrəmanlıq səlnaməsi yazdı. 2020-ci ilin iyul və avqust aylarından başlayaraq mütəmadi olaraq düşmən hər zaman olduğu kimi bu dəfə də təxribatlar törətməklə, təkcə hərbi yox, eyni zamanda mülki insanlarımıza qarşı iri çaplı silahlarla öz mənfur niyyətlərini həyat keçirdilər və bu təxribatlar sentyabrın 27-də daha ciddi xarakter almağa başladı. Düşmənin hərbi təxribatlarını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident cənab İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Azərbaycan Ordusu həyata keçirdiyi “Dəmir Yumruq” adlı hərbi əməliyyatının ilk günlərində düşmənə sarsıdıcı zərbə vurdu. Vüqarla, qürurla “Vətən!” deyib şirin canlarından keçən oğullarımızın cəsarəti, Vətən sevgisi, yenilməz döyüş ruhu sayəsində ordumuz işğalçı Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu istehkamları 44 gündə darmadağın etdi. Əsgər, gizir və zabitlərimiz düşmənə döyüş üstünlüyü verən mürəkkəb çoğrafi şəraitdə misilsiz şücaət göstərərək öz şərəfli missiyasını yerinə yetirdi və doğma torpaqlarımızı işğalçılardan azad etdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir. Bərdə və Gəncəyə atdıqları qadağan olunmuş raketlər nəticəsində 100-ə yaxın dinc və mülki insan şəhid oldu, onlardan qadın və uşaqlar da daxil olmaqla 100-lə insan müxtəlif dərəcəli xəsarətlər aldı. Tərtər şəhəri demək olar ki, İkinci dünya müharibəsində Stalinqrad şəhərinin taleyini yaşadı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 5 il arxada qalır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Prezidenti 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı oldu.

Nəhayət, 2023-cü il 19-20 sentyabrında bir gündən də az davam edən antiterror əməliyyatı nəticəsində bölgədə qalan Ermənistan silahlı qüvvələri tam tərksilah edilərək ərazilərimizdən çıxarıldı, qondarma rejimin qalıqları isə onun ləğv olunduğunu elan etdi. Azərbaycan öz ərazisində separatçılığa, “boz zona”ya son qoydu. Bununla da Azərbaycan Respublikasının dövlət suverenliyi tam bərpa edildi.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xaləddin TAĞIYEV

YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri