Icma.az
close
up
RU
27 Sentyabr qəhrəmanlıq, birlik və əzmkarlığın rəmzi

27 Sentyabr qəhrəmanlıq, birlik və əzmkarlığın rəmzi

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 sentyabr, AZƏRTAC

27 Sentyabr – Azərbaycanın müasir tarixində dönüş nöqtəsi, qəhrəmanlıq, birlik və əzmkarlığın rəmzi günüdür. 2020-ci il məhz bu gün başlanan Vətən müharibəsi xalqımızın gücünü, əzmini və torpaqlarımıza bağlılığını bir daha bütün dünyaya nümayiş etdirdi. Bu gün biz şəhidlərimizin müqəddəs xatirəsini anır, qazilərimizin fədakarlığını böyük minnətdarlıqla yad edirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov bildirib. O qeyd edib ki, Anım Günü yalnız hərbi zəfərin rəmzi deyil, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda formalaşması üçün böyük məna kəsb edən tarixi bir gündür: “Bu günün mənası məktəblərdə, universitetlərdə, hər bir təhsil müəssisəsində şagird və tələbələrə aşılanmalıdır. Çünki gələcəyimizin təminatına məhz Vətənini sevən, dövlətinə sadiq vətəndaşların yetişdirilməsi ilə nail ola bilərik.

Bizim borcumuz şəhidlərimizin ruhuna ehtiramla yanaşmaq, qazilərimizin mübarizəsini qiymətləndirmək və qazanılmış tarixi Zəfərin davamlılığını təmin etməkdir. Təhsil sistemi bu istiqamətdə ən mühüm dayaqlardan biridir. Şagird və tələbələrimiz bilməlidirlər ki, bu torpaqlar hansı qəhrəmanlıqlar bahasına qorunub, hansı igidlərimizin qanı ilə azad olunub.

M.Ağalarov deyib: “27 Sentyabr həm hüzn, həm də qürur günüdür. Biz şəhidlərimizi hörmətlə yad edir, onların ailələrinə dərin ehtiramımızı bildiririk. Eyni zamanda, qeyd etməliyik ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək yazdığı qəhrəmanlıq dastanı hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Azərbaycan Respublikası Təhsil Cəmiyyəti olaraq bildiririk ki, biz gənclərə yalnız elm və bilik deyil, həmçinin milli və mənəvi dəyərlər, vətən sevgisi aşılamağı özümüz üçün şərəfli vəzifə hesab edirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri