Icma.az
close
up
RU
“28 May” stansiyası ilə bağlı xoş xəbər

“28 May” stansiyası ilə bağlı xoş xəbər

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində inşa ediləcək təxminən 200 metr uzunluğunda iki yeni metro tunelinin tikintisi zəminin hidrogeoloji vəziyyəti əlverişli olacağı təqdirdə planlaşdırılan müddətdən daha tez başa çatdırıla bilər.

Modern.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində “Nizami”–”28 May” arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Bunun əvəzində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində iki yeni tunel inşa olunacaq. Tikintinin təxminən 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır.

Bu müddətdə “Yaşıl xətt” üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız “Nizami” stansiyasına qədər təşkil ediləcək.

B. Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin uzun illərdir həllini gözləyən əsas məsələlərindən biri “Yaşıl” və “Qırmızı” xətlərin “28 May” stansiyasında kəsişərək birləşməsidir:

“Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlayırıq. Bu mərhələ iki əsas istiqaməti əhatə edir”.

Onun sözlərinə görə, ilk olaraq “Dərnəgül” stansiyası yaxınlığındakı elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatdırılacaq: “Bu, həmin istiqamətdə qatarların texniki xidmətinin və istismarının daha səmərəli təşkilinə imkan verəcək. İkinci mərhələdə isə “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək, uzunluğu təxminən 200 metr olan yeni tunellər inşa ediləcək.

“28 May” stansiyasının yerləşdiyi ərazi mürəkkəb hidrogeoloji şəraitə malikdir. Buna görə də tikinti müddəti 10-11 ay hesablanıb. Lakin zəmin əlverişli olarsa, işlərin daha tez başa çatdırılması mümkündür”.

B. Məmmədovun qeyd edib ki, tikinti dövründə “Qırmızı xətt” üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar “İçərişəhər”–”Həzi Aslanov” marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, “28 May” stansiyası da normal rejimdə işləyəcək. Lakin “28 May”–”Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən “Yaşıl xətt” üzrə qatarlar müvəqqəti olaraq “Dərnəgül”–”Nizami” marşrutu üzrə hərəkət edəcək.

Layihə tamamlandıqdan sonra isə qatarlar “Dərnəgül”–”Nizami”–”Cəfər Cabbarlı”–”Xətai” marşrutu ilə hərəkət edəcək.

B. Məmmədov bildirib ki, xətlər ayrıldıqdan sonra sərnişinlər “Yaşıl xətt”dən “Qırmızı xətt”ə “Cəfər Cabbarlı”–”28 May” keçidi vasitəsilə, əks istiqamətdə isə “28 May”–”Cəfər Cabbarlı” piyada keçidlərindən istifadə edə biləcəklər.

Sərnişin axınının daha rahat idarə olunması məqsədilə əlavə piyada keçidi də inşa edilir.

Onun sözlərinə görə, layihənin növbəti mərhələsi Bakı Metropolitenində əsas problemlərdən biri olan sıxlığın aradan qaldırılmasına xidmət edəcək: “Bunun üçün ilk növbədə qatarlararası intervalların azaldılması nəzərdə tutulur.

Bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası tikilir. Eyni zamanda, “Xətai” stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerası yaradılacaq. Bu infrastruktur qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri