Icma.az
close
up
RU
28 May stansiyasında tikinti işləri 11 ay davam edəcək

28 May stansiyasında tikinti işləri 11 ay davam edəcək

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Bakı metropolitenində sərnişin axınının tənzimlənməsi, qatarların hərəkət intervalının optimallaşdırılması və ümumi xidmət keyfiyyətinin artırılması məqsədilə xətlərin ayrılması istiqamətində kompleks tədbirlərə başlanılıb.

Ölkə.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Hazırda metropoliten şəbəkəsində üç xətt fəaliyyət göstərir: qırmızı, yaşıl və bənövşəyi. Onlardan yalnız bənövşəyi xətt tam müstəqil rejimdə çalışır. Qırmızı və yaşıl xətlər isə “28 May” stansiyasında kəsişərək birgə infrastrukturdan istifadə edirlər. Bunun nəticəsində qırmızı və yaşıl xətt üzrə hərəkət edən qatarlar yalnız növbəli şəkildə – ən yaxşı halda 4 dəqiqəlik intervalla – platformaya daxil ola bilir. Onların birgə istifadə etdiyi hissədə isə interval 2 dəqiqəyədək azalır. Bu vəziyyət, xüsusilə 4 dəqiqəlik intervalda işləyən stansiyalarda platformalarda sıxlığın artmasına və gözləmə müddətlərinin uzanmasına səbəb olur.

Mövcud şəraitdə problemin əsaslı və uzunmüddətli həlli – yaşıl və qırmızı xətlərin bir-birindən tam şəkildə ayrılması və hər birinin müstəqil fəaliyyət rejiminə keçməsidir.

Bu məqsədlə ilk olaraq “Dərnəgül” elektrik deposunun tikintisinə start verilib. Bu depo yaşıl xəttin müstəqil texniki təminatını, digər xətlərdən tam ayrılaraq müstəqil fəaliyyət göstərməsini və qatarların gecələməsini təmin edəcək.

Depo tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra növbəti əsas mərhələyə – “Cəfər Cabbarlı” və “Nizami” stansiyalarını birləşdirəcək yeni tunelin tikintisinə start veriləcək. 1976-cı ildən fəaliyyət göstərən mövcud tunel modifikasiya olunacaq, əlavə 200 metrlik yeni tunel tikilərək “Nizami” stansiyasını birbaşa “Cəfər Cabbarlı” stansiyası ilə birləşdirəcək. Bununla da yaşıl xətt müstəqil şəkildə işləməyə başlayacaq.

Birləşmə tunelinin tikintisi mürəkkəb geoloji şəraitdə həyata keçiriləcəyindən yerli və beynəlxalq mühəndislərin ilkin qiymətləndirmələrinə əsasən, işlərin təxminən 10-11 ay davam edəcəyi proqnozlaşdırılır. İşlərin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılması üçün bütün texniki resurslar səfərbər ediləcək.

Bundan başqa, layihə çərçivəsində bu işlərə paralel şəkildə sərnişinlərin rahat keçidi üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək əlavə keçid tunelinin tikintisi də planlaşdırılır.

Xətlərin ayrılması layihəsinin əsas mərhələsi olan yeni tunelin tikintisinə 2025-ci ilin sonunda başlanması nəzərdə tutulub. Məhz bu tarixdən etibarən sərnişinlərin səfərlərində müəyyən dəyişikliklər baş verəcəkdir. Tikinti müddətində “Nizami” stansiyası yaşıl xətt üzrə müvəqqəti son dayanacaq olacaq və bu səbəbdən:
• "Dərnəgül" istiqamətindən gələn sərnişinlər “Nizami” stansiyasında metronu tərk edərək qırmızı xəttə keçmək üçün alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar;
• “Həzi Aslanov” istiqamətindən gələn sərnişinlər isə “28 May” stansiyasında metronu tərk edərək yaşıl xəttə keçmək üçün eyni qaydada alternativ ictimai nəqliyyatdan istifadə etməli olacaqlar.
İçərişəhər–28 May–Həzi Aslanov xətti üzrə qatarların hərəkəti əvvəlki qaydada davam edəcək və bu istiqamətdə heç bir məhdudiyyət gözlənilmir. Əksinə, bu marşrutda intervalların daha da qısaldılması və xidmətin daha stabil həyata keçirilməsi planlaşdırılır.

Sərnişinlərin minimum narahatlıqla bu dövrü keçməsi üçün Bakı Metropoliteni və aidiyyəti dövlət qurumları birgə fəaliyyət göstərəcək. Hazırda ekspress avtobus marşrutlarının təşkili istiqamətində hazırlıq işləri aparılır və bu barədə ictimaiyyətə vaxtında məlumat veriləcək.
Əlbəttə ki, bu keçid dövrü sərnişinlər üçün müəyyən dərəcədə narahatlıq yarada bilər. Lakin nəzərə almaq lazımdır ki, bu, gələcəkdə daha sürətli, daha sıx qrafiklə və rahat şəkildə hərəkət edən metro xətlərinə keçid üçün zəruri mərhələdir.

Görüləcək işlərin nəticəsində platformalarda sərnişin sıxlığı azalacaq və gözləmə müddəti qısalacaq. Bildiyiniz kimi, bu gün “28 May” stansiyasında həm “İçərişəhər”, həm də “Dərnəgül” istiqamətinə gedən qatarlara eyni platformada növbəli şəkildə minik həyata keçirilir. Bu isə sərnişin axınının bir-birinə mane olması, platformada sıxlıq və nizamsızlıq kimi problemlərə səbəb olur.

Xətlərin ayrılması ilə bu xaotik vəziyyət aradan qalxacaq və bununla da “28 May” stansiyasından yalnız “İçərişəhər” və “Həzi Aslanov” istiqamətinə, “Cəfər Cabbarlı” stansiyasından isə yalnız “Dərnəgül” və “Xətai” istiqamətinə gedən qatarlara minik mümkün olacaqdır.

Əgər sərnişinin son dayanacağı hazırda olduğu xətt üzrə yerləşmirsə, o zaman "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında keçid edərək digər xətdə səfərini rahatlıqla davam etdirə bilər. Bu, qatarlara minik prosesini daha rahat və dinamik edərək platformada gözləməni nizamlı və təhlükəsiz hala gətirəcəkdir.
Bununla yanaşı, xətlərin ayrılması sayəsində qatarlararası interval da mərhələli şəkildə azalacaqdır. Eyni zamanda, bu addımlar metronun illik sərnişin daşıma qabiliyyətini 16 milyon nəfərədək artıraraq şəhərin yerüstü nəqliyyat yükünün azaldılmasına və dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.
Bakı Metropoliteni, bu mühüm mərhələnin mümkün qədər operativ şəkildə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edir, sərgilənəcək anlayışa görə sərnişinlərə və ictimaiyyətə təşəkkürünü bildirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Aprel 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri