Icma.az
close
up
RU
“28 May” stansiyasında tikinti nə qədər davam edəcək? AÇIQLANDI

“28 May” stansiyasında tikinti nə qədər davam edəcək? AÇIQLANDI

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində "Nizami”–”Cəfər Cabbarlı” istiqamətində inşa ediləcək təxminən 200 metr uzunluğunda iki yeni metro tunelinin tikintisi zəminin hidrogeoloji vəziyyəti əlverişli olacağı təqdirdə planlaşdırılan müddətdən daha tez başa çatdırıla bilər.

Bunu "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində "Nizami”–”28 May” arasında mövcud tunel istismardan çıxarılacaq və konstruktiv baxımdan ləğv ediləcək. Bunun əvəzində "Nizami”–”Cəfər Cabbarlı” istiqamətində iki yeni tunel inşa olunacaq. Tikintinin təxminən 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır.

Bu müddətdə "Yaşıl xətt” üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız "Nizami” stansiyasına qədər təşkil ediləcək.

B. Məmmədov qeyd edib ki, Bakı Metropoliteninin uzun illərdir həllini gözləyən əsas məsələlərindən biri "Yaşıl” və "Qırmızı” xətlərin "28 May” stansiyasında kəsişərək birləşməsidir:

"Bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlayırıq. Bu mərhələ iki əsas istiqaməti əhatə edir”.

Onun sözlərinə görə, ilk olaraq "Dərnəgül” stansiyası yaxınlığındakı elektrik deposunun tikintisinin ikinci mərhələsi başa çatdırılacaq: "Bu, həmin istiqamətdə qatarların texniki xidmətinin və istismarının daha səmərəli təşkilinə imkan verəcək. İkinci mərhələdə isə "Nizami” və "Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək, uzunluğu təxminən 200 metr olan yeni tunellər inşa ediləcək.

"28 May” stansiyasının yerləşdiyi ərazi mürəkkəb hidrogeoloji şəraitə malikdir. Buna görə də tikinti müddəti 10-11 ay hesablanıb. Lakin zəmin əlverişli olarsa, işlərin daha tez başa çatdırılması mümkündür”.

B. Məmmədovun qeyd edib ki, tikinti dövründə "Qırmızı xətt” üzrə qatarların hərəkəti dəyişməyəcək. Qatarlar "İçərişəhər”–”Həzi Aslanov” marşrutu üzrə əvvəlki qaydada fəaliyyət göstərəcək, "28 May” stansiyası da normal rejimdə işləyəcək. Lakin "28 May”–”Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən "Yaşıl xətt” üzrə qatarlar müvəqqəti olaraq "Dərnəgül”–”Nizami” marşrutu üzrə hərəkət edəcək.

Layihə tamamlandıqdan sonra isə qatarlar "Dərnəgül”–”Nizami”–”Cəfər Cabbarlı”–”Xətai” marşrutu ilə hərəkət edəcək.

B. Məmmədov bildirib ki, xətlər ayrıldıqdan sonra sərnişinlər "Yaşıl xətt”dən "Qırmızı xətt”ə "Cəfər Cabbarlı”–”28 May” keçidi vasitəsilə, əks istiqamətdə isə "28 May”–”Cəfər Cabbarlı” piyada keçidlərindən istifadə edə biləcəklər.

Sərnişin axınının daha rahat idarə olunması məqsədilə əlavə piyada keçidi də inşa edilir.

Onun sözlərinə görə, layihənin növbəti mərhələsi Bakı Metropolitenində əsas problemlərdən biri olan sıxlığın aradan qaldırılmasına xidmət edəcək: "Bunun üçün ilk növbədə qatarlararası intervalların azaldılması nəzərdə tutulur.

Bu məqsədlə "İçərişəhər” stansiyasının arxasında dönmə kamerası tikilir. Eyni zamanda, "Xətai” stansiyasından sonrakı istiqamətdə inşa olunacaq ilk iki yeni stansiyanın yaxınlığında da dönmə kamerası yaradılacaq. Bu infrastruktur qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Avqust 2026 07:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri