“28 May”a getmək istəyənlər üçün yaxşı xəbər: yol cəmi 11 dəqiqədir
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərə alternativ marşrutlar təklif olunub.
Bu barədə "Yeni Sabah"a Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
Bildirilib ki, sərnişinlərin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə “Dərnəgül” dəmiryol dayanacağından istifadə etmək mümkündür. Sezar pizza
Belə ki, sərnişinlər “Dərnəgül” dayanacağından “28 May” istiqamətinə qatarla cəmi 11 dəqiqəyə birbaşa gedə bilərlər.
Həmçinin Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələn sərnişinlər buradan eyniadlı metro stansiyasına keçid edərək Yaşıl xətt üzrə hərəkətlərini davam etdirə bilərlər.
Bu marşrutla sərnişinlər, o cümlədən “20 Yanvar”, “İnşaatçılar” və tələbə axınının yüksək olduğu “Elmlər Akademiyası” stansiyalarına rahat şəkildə çata bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 17 Sentyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















