Icma.az
close
up
RU
Bakıda beynəlxalq idman liderləri bir araya gələcək

Bakıda beynəlxalq idman liderləri bir araya gələcək

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2027-ci il mayın 9-dan 13-dək Bakı dünyanın aparıcı idman təşkilatlarının rəhbərlərini, beynəlxalq federasiyaların nümayəndələrini və idman sənayesinin tanınmış simalarını qəbul edəcək.

İdman.Biz xəbər verir ki, paytaxtımızda keçiriləcək “SportAccord Convention 2027” tədbirinə qatılmaq istəyənlər üçün erkən qeydiyyat mərhələsinə start verilib. İştirakçılar rəsmi qeydiyyat səhifəsi vasitəsilə müraciət edərək daha münasib qiymətlə qeydiyyatdan keçə bilərlər. Erkən qeydiyyat məhdud müddət ərzində qüvvədə olacaq.

Sammitdə 120-dən çox beynəlxalq idman federasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK), beynəlxalq yarışlara ev sahibliyi edən şəhərlərin və idman sənayesinin aparıcı şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir. Ümumilikdə 65-dən çox ölkədən 600-dən artıq təşkilatı təmsil edən 1700-dən çox nümayəndənin tədbirə qatılacağı nəzərdə tutulur.

Beş gün davam edəcək sammit çərçivəsində beynəlxalq federasiyaların rəsmi iclasları, konfranslar, panel müzakirələri, ixtisaslaşmış sərgilər və işgüzar görüşlər təşkil olunacaq. İştirakçılar yeni tərəfdaşlıqlar qurmaq, təcrübə mübadiləsi aparmaq və idman sənayesinin gələcək inkişaf perspektivlərini müzakirə etmək imkanı əldə edəcəklər.

Tədbirin əsas proqramı Bakı Konqres Mərkəzində keçiriləcək. Açılış mərasiminə isə Heydər Əliyev Mərkəzi ev sahibliyi edəcək.

“SportAccord Convention 2027”nin Bakıda təşkili Azərbaycanın beynəlxalq idman arenasındakı mövqeyinin möhkəmləndirilməsi, eləcə də ölkənin qlobal idman sənayesi ilə əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 Noyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri