Icma.az
close
up
RU
Zəfər və Bayraq günləri şənliklərimiz dünyanı dolaşır

Zəfər və Bayraq günləri şənliklərimiz dünyanı dolaşır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

44 günlük müharibədə qazandığımız tarixi Zəfərin ildönümü, işğaldan azad olumuş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük coşqu və qürur hissi ilə qeyd olunur. Həmin bayram törənlərində səslənən fikirlərin ana xəttini Azərbaycan liderinin sərkərdəlik məharəti, siyasi iradəsi, Xalq-Dövlət-Ordu vəhdətindən yaranan qələbələr, eləcə də hazırda Qarabağ və Şərqi Zəngəzurda geniş vüsət almış Böyük Qayıdış təşkil edir.

Gürcüstan

8 Noyabr Zəfər Günü münasibətilə Gürcüstanın Rustavi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Mərasimdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları və digər şəxslər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və milli birlik siyasətinin davamı olaraq Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə ərazi bütövlüyünü bərpa edib.

Belarus

Bu ölkənin paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya 8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günü münasibətilə təşkil olunub.

Bayramlar münasibətilə Belarus paytaxtındakı Milli Kitabxananın binası Azərbaycan Bayrağının rəmzləri – göy, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb. Videoproyeksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Misir

Misirin “Minbər əl-Təhrir” informasiya portalında Azərbaycanın 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Günü – müasir Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı” sərlövhəli məqalə dərc edilib.

Məqalənin müəllifi misirli jurnalist Əhməd Abdoh Tarabik 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsini 44 günlük Vətən müharibəsinin həlledici hadisəsi və Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi kimi səciyyələndirib. Yazıda Şuşanın Azərbaycanın tarixi, ədəbi və mədəni həyatındakı xüsusi mövqeyi, şəhərin strateji əhəmiyyəti, Vətən müharibəsinin gedişi və əldə olunan tarixi Qələbənin siyasi nəticələri diqqətə çatdırılıb.

Müəllif Azərbaycanın müharibədən sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinə, “Böyük Qayıdış” proqramına, müasir infrastruktur layihələrinə və Qarabağın dayanıqlı inkişafı istiqamətində atılan addımlara da toxunub. Yazıda 8 Noyabrın Azərbaycan xalqının milli birliyinin, dövlət suverenliyinin və tarixi yaddaşının rəmzi olduğu qeyd edilib.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının “Əl-Cəzirə” portalı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr olunmuş məqalə dərc edib.

Məqalədə Zəfər Gününün Azərbaycanın müasir tarixində əhəmiyyəti vurğulanır. Qeyd olunur ki, 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın 30 illik işğalına son qoyub: “Həmin il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi olub. 2023-cü ilin sentyabrında isə Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa edib. Tarixi Zəfərin əsasını xalqın milli birliyi, dövlətin ardıcıl siyasəti, iqtisadi potensialı və Silahlı Qüvvələrin gücü təşkil edib”. Məqalədə vurğulanır ki, güclü iqtisadiyyat, müstəqil siyasət, müasir ordu quruculuğu, xalqla rəhbərlik arasında birlik Qələbəni təmin edən başlıca amillər olub. Məqalədə, həmçinin işğaldan azad edilmiş ərazilərdə əsas humanitar problemlərdən biri olan mina və partlamamış hərbi sursat təhlükəsinə toxunulub.

Livan

Azərbaycanın Livandakı səfirliyi 8 Noyabr Zəfər Gününün 6 illiyinə həsr olunmuş mərasim keçirib. Səfirliyin əməkdaşları ailə üzvləri ilə birlikdə Livanda türkmənlərin yaşadığı Akkar vilayətinin Kavaşra qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, abidənin önünə əklil qoyublar.

Bölgədən olan millət vəkilinin, Kavaşra və qonşu bələdiyyələrin rəhbərlərinin, muxtarların, din xadimlərinin, Livan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvlərinin qatıldığı tədbirdə səfir Səməd Həsənov çıxış edərək Zəfər gününün bütün dünyadakı azərbaycanlılar üçün çox əhəmiyyətli bayram olduğunu vurğulayıb, müqəddəs torpaqlarımızın işğalda qaldığı gündən qələbəyə qədərki dövrə qısa tarixi ekskurs edib, 30 illik işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, ordumuzun rəşadəti, əsgər və zabitlərin qəhrəmanlığı, şəhidlərimizin qanı, habelə qazilərimizin sarsılmaz iradəsi və döyüş əzminin sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib.

Almaniya

Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Odlar Yurdu” boks klubunun üzvləri beynəlxalq “Elbe BOXPOKAL” turnirində uğurla çıxış ediblər.

“Odlar yurdu”, “BSV Return to Fight” və “Keirat” boks klublarının birgə təşkilatçılığı ilə baş tutan yarışda Avropanın bir sıra ölkələrini, eləcə də Almaniyanın müxtəlif şəhərlərini təmsil edən idmançılar mübarizə aparıblar. Müxtəlif yaş qrupları üzrə keçirilən yarışın yekununda fərqlənən idmançılar müəyyənləşib, qaliblər kubok və mükafatlara layiq görülüblər.

Klubun rəhbəri, IBF Avropa kəmərinin və bir sıra digər beynəlxalq kəmərlərin sahibi, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü Azad Əzizov bildirib ki, 8 Noyabr Zəfər Günü hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir: “Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümündə bu sevinci idman uğurları ilə qeyd etmək, Azərbaycan xalqının qürur və sevincinə öz töhfələrini vermək “Odlar yurdu” klubunun idmançıları üçün xüsusi əhəmiyyət daşıyır. Boksçular rinqdə əzmlə mübarizə apararaq qazandıqları qələbələri xalqımızın Zəfər sevincinə həsr ediblər”.

Avstriya

Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Vyanada 8 Noyabr Zəfər Gününə həsr olunmuş qəbul keçirilib. Tədbirdə Avstriyada akkreditə olunmuş diplomatik korpusun və Vyanada yerləşən beynəlxalq təşkilatların nümayəndələri, eləcə də hərbi attaşeliklərin, Avstriya ictimaiyyətinin və bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Kamil Xasiyev tariximizdə ən parlaq günlərdən biri olan 8 Noyabr Zəfər Günü münasibətilə təbriklərini çatdırıb. Səfir Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın silahlı qüvvələrimiz tərəfindən qəhrəmanlıqla azad edilməsinin və ərazi bütövlüyümüzün, suverenliyimizin təmin olunmasının regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması baxımdan əhəmiyyətinə toxunub. Müharibədən sonra dövlətimizin təşəbbüsü ilə başladılan danışıqlar və əldə edilmiş nəticələr, azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib. Sonda Azərbaycanın şanlı Zəfərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Slovakiya

Azərbaycanın Slovakiyadakı səfirliyinin təşkilatçılığı ilə Bratislava şəhərində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünə həsr olunmuş şənlik keçirilib. Mərasimdə Slovakiyada yaşayan azərbaycanlı həmvətənlərimiz, eləcə də qardaş Türkiyə və Qazaxıstanın diplomatik nümayəndələri iştirak ediblər.

Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyduğunu, tarixi ədaləti bərpa etdiyini və ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini bildirib. Çıxışında 9 Noyabr – Dövlət Bayrağı Gününün əhəmiyyətinə də toxunan səfir üçrəngli Dövlət Bayrağımızın müstəqilliyimizin, milli birliyimizin və suverenliyimizin rəmzi olduğunu bildirib. Dövlətçilik ənənələrimizin, milli tariximizin və mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının hər birimizin mühüm vəzifəsi olduğunu diqqətə çatdırıb. Sonda şanlı Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib. Bədii hissədə Ruhulla Əziz kamançada musiqi nümunələri səsləndirib.

Hazırladı:
İ.HƏSƏNQALA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Noyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri