3 milyon uyğur Türkiyəyə gətirilir?
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müxtəlif sosial media platformalarında "Türkiyə ilə Çin arasında 3 milyon uyğurun Türkiyəyə gətirilməsi ilə bağlı bir razılaşma imzalandığı" barədə irəli sürülən iddia tamamilə əsassızdır və dezinformasiya xarakteri daşıyır.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
"İddia edildiyi kimi, Türkiyə ilə Çin arasında hər hansı bir razılaşma və ya görüş keçirilməyib.
İctimaiyyətin beynəlxalq həssaslıq daşıyan bu cür məsələlərdə yalnız rəsmi qurumların açıqlamalarını əsas götürməsi; həqiqəti əks etdirməyən, spekulyativ iddialara etibar etməməsi böyük əhəmiyyət daşıyır", - məlumatda vurğulanıb.

3 milyon uyğur Türkiyəyə aparılır? Ankaradan AÇIQLAMA
01 Sentyabr 2025 21:41
Ərdoğan göstəriş verdi: həmin şəxslər Türkiyəyə gətirilir
04 Fevral 2025 15:11
3 milyon uyğurun Türkiyəyə gətirilməsi ilə bağlı iddialar təkzib edilib
01 Sentyabr 2025 21:07
Azərbaycanın Türkiyəyə neft ixracı 3 DƏFƏ AZALIB
10 Fevral 2025 14:29
Azərbaycanın Türkiyəyə neft ixracı 3 dəfə azalıb
09 Dekabr 2024 11:53

