Lənkəranda zəhərlənmiş 9 nəfərlik ailə xəstəxanadan imtina etdi SƏBƏB KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Lənkəranda qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən 9 nəfərlik ailənin tibbi yardımdan imtina edib.
KONKRET.az xəbər verir ki, onların xəstəxananı tərk etməsinin səbəbi məlum olub.
Məlumata görə, 38 yaşlı Sadiq Niftullayev, həyat yoldaşı, 31 yaşlı Camalə Niftullayeva, eləcə də övladları – 13, 11, 9, 7, 5, 3 və 1 yaşlı 7 uşaq bu gün səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Həkimlər ailəyə zəruri ilkin tibbi yardım göstərmək istəsələr də, ailə bundan imtina edib.
Buna səbəb Sadiq Niftəliyevin həyat yoldaşı və bütün övladlarını eyni palatada yerləşdirilməsini, uşaqlarına göstəriləcək tibbi xidmətlərin onun gözü qarşısında həyata keçirilməsini tələb etməsi olub.
Qeyd edək ki, ailənin müalicə almadan xəstəxananı tərk etməsi ilə bağlı müvafiq akt tərtib edilərək aidiyyəti üzrə göndərilib.
(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 12 Noyabr 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















