3 min metr hündürlükdən yıxıldı, sağ qaldı...
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İngiltərədə 35 yaşlı diş terapevti Holli Viffen paraşütlə tullanarkən təxminən 10 min fut (3 min metr) hündürlükdə başqa paraşütçü ilə toqquşub və huşunu itirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə avqustun 7-də İngiltərənin Nottingem şəhəri yaxınlığındakı Lanqar aerodromunda baş verib.
Viffen huşsuz vəziyyətdə yerə doğru düşüb və əsas paraşütünü aça bilməyib. Təxminən 1000 fut yüksəklikdə paraşütün açılmasına nail olub. Ehtiyat paraşütü də işə düşüb.
Qadın yerə deyil, iynəyarpaqlı ağaca çırpılıb. Ağac onun həyatını xilas edib. Qəza nəticəsində Viffenin onurğası və sol ayağı sınıb.
Ağır xəsarətlərə baxmayaraq, Viffen sağaldıqdan sonra yenidən paraşütlə tullanacağını bildirib.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:3 km hündürlükdən yıxıldı sağ qaldı
01 Oktyabr 2025 23:06
60 metr hündürlükdən yıxılan şəxs sağ qaldı
19 İyun 2025 11:17
Yardımlıda FACİƏ: çoban 200 metr hündürlükdən yıxıldı
08 Aprel 2025 09:30
Şəkidə qadın 30 metr hündürlükdən dərəyə yıxıldı
07 Yanvar 2026 00:57
Hündürlükdən yıxıldı, öldü
06 Yanvar 2026 15:04
Baxış sayı:70
Bu xəbər 08 Sentyabr 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















