Icma.az
close
up
RU
3 min yaşı olan şəhər tapıldı: Burada hər şey qızıldandır

3 min yaşı olan şəhər tapıldı: Burada hər şey qızıldandır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

3.000 il əvvəl qurulmuş nəhəng bir şəhər aşkar edilib. Mütəxəssislər bu kəşfin bütün bilgiləri alt-üst edəcəyini bildirir. 

Sherg.az xəbər verir ki, Misirin Sukari dağlarında aparılan arxeoloji qazıntılar 3.000 illik qədim qızıl mədəni olduğu güman edilən ərazini üzə çıxarıb. “Antik Qızıl Şəhərini Canlandırma” adlı çoxillik layihə çərçivəsində ortaya çıxarılan bu ərazi Misir Turizm və Qədim Əsərlər Nazirliyinin rəsmi açıqlaması ilə gün üzünə çıxıb.

Aşkarlanan struktur yalnız mədənlə məhdudlaşmayıb. Arxeoloqlar qədim dövrdə son dərəcə sistemli şəkildə işlədildiyi müəyyən edilən geniş bir qızıl emalı kompleksinə rast gəliblər və burada hər şeyin qızıl ilə bağlı olması səbəbilə quruluşun dünyada nadir rast gəlinən bir nümunə olduğunu vurğulayıblar.

Kompleksdə kuvars damarlarından qızıl çıxarmağa yarayan tam təchizatlı sahələr, üyütmə və əzilmə bölmələri, süzmə və çökmə hovuzları və qızılı təmizləmək üçün istifadə olunan gil sobalarının qalıqları aşkarlanıb. Yüksək Antikalar Şurasının Baş katibi Məhəmməd İsmail Xalid bu nizamın qədim misirlilərin mədənçiliyə çatdığı səviyyəni açıq şəkildə göstərdiyini bildirib.

Mədən işlərinin genişliyi zamanla bölgədə inkişaf etmiş bir yaşayış məskəninin formalaşmasına səbəb olub. Ərazidə evlər, emalatxanalar, məbədlər, idarəetmə binaları və Ptolemey dövrünə aid hamamlar aşkarlanıb. Bundan əlavə, Roma və İslam dövrlərinə aid memarlıq izlərinin tapılması bölgənin əsrlər boyu müxtəlif toplumlar tərəfindən istifadə edildiyini göstərir.

Qazıntılarda madən işçilərinin sosial həyatına dair mühüm məlumatlar da əldə olunub. Üstündə hiyeroqlif, demotik və yunan yazıları olan 628 keramika parçası, bölgədəki mədəni müxtəlifliyin nə qədər geniş olduğunu sübut edir.

Həmçinin Ptolemey dövrünə aid bürünc pullar, Qreko-Roma dövrünə aid insan və heyvan fiqurlu gil heykəlciklər, Bastet və Harpokrates kimi tanrıların daş heykəlləri, şəxsi əşyaların saxlanıldığı qablar, yarı qiymətli daşlardan hazırlanmış muncuqlar, dəniz balığından və qabıqlardan hazırlanmış bəzək əşyaları və beş ədəd adaq masası da gün üzünə çıxarılıb.

Layihə çərçivəsində aktiv mədən sahəsindən təxminən 3 kilometr uzaqlıqda, 6.3 dönümlük bir ərazidə qədim mədən kompleksinin ölçüləri ilə eyni olan maketi də inşa olunub. Yeni ziyarətçi mərkəzi həm bu mühüm kəşfi, həm də antik Misirdəki qızıl işçilərinin həyatını ətraflı şəkildə təqdim edən sərgilərə ev sahibliyi edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri