Icma.az
close
up
RU
3 müharibə bölgəsində bacardıq, ora yox deyildi Ordumuz kritik əraziyə niyə girmir?

3 müharibə bölgəsində bacardıq, ora yox deyildi Ordumuz kritik əraziyə niyə girmir?

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Dövlət başçısının müsahibəsində diqqət çəkən məqamlardan biri də ölkəmizin Qəzza və bir müddətdir gündəmdə olan beynəlxalq sülh missiyası ilə bağlı mövqeyi idi. Prezident açıq şəkildə Azərbaycanın Qəzzada beynəlxalq sülh missiyasında iştirak etməyəcəyini bəyan etdi.

Əvvəla onu qeyd edim ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnaməni qəbul etməsi region üçün müsbət hadisədir. Həmçinin Azərbaycan da bunu dəstəkləyən ölkələrdəndir. Vəziyyət elə bir həddə çatıb ki, Qəzza böhranının öz axarına buraxılması artıq mümkün deyil.

Ölkə başçısı məsələ ilə bağlı, “Bizə belə müraciətlər daxil olub. Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər”, – deyə qeyd edib. Əslində, missiyaya əsasən müsəlman, regionla əlaqələri olan və ABŞ-ın koordinatorluğu ilə danışıqlara qatılan ölkələrin daxil olması gözlənilirdi. Bu baxımdan, İndoneziya, Azərbaycan və Pakistanın adı bir müddətdir çəkilirdi.

Azərbaycanın adı hər nə qədər Qəzzaya əsgər göndərəcək ölkələr sırasında çəkilsə də, Bakı bu məsələ ilə bağlı rəsmi açıqlama verməmişdi. Ölkə başçısının dediklərindən sonra isə artıq Azərbaycanın missiyada iştirak marağı göstərmədiyi məlum oldu.

Əslində, bu yanaşma gözlənilirdi. Ümumiyyətlə, Bakının hazırkı mərhələdə ağır hərbi əməliyyatlara və ya HƏMAS-ın tərksilahı kimi yüksək riskli tapşırıqlara qoşulmaq istəməməsi həm açıq, həm də başadüşüləndir. Hər şeydən öncə, Prezidentin də dediyi kimi, ölkəmiz Birinci və İkinci Qarabağ müharibələrində böyük itkilər verib. Buna görə də hər hansı beynəlxalq əməliyyatda vətəndaşların həyatını riskə atmaq niyyətimiz yoxdur:

“Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik,” —dövlət başçıs vurğulayıb.

Doğrudur, bu, Azərbaycanın sülhməramlı fəaliyyətdən imtina etdiyi mənasına gəlmir. Əksinə, Prezident İlham Əliyev müsahibə zamanı ölkəmizin sülhməramlı əməliyyatlarda zəngin təcrübəsinin olduğunu diqqətə çatdırdı.

“Bizim İraqda, buna qədər isə həm Kosovoda, həm də özlüyündə Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək təcrübəmiz var, ona görə də fəaliyyətin strukturunu çox gözəl bilirik”, – İlham Əliyev qeyd edib.

Bu, Azərbaycanın əməliyyatların strukturunu, koordinasiya və resurs tələblərini yaxşı bildiyini və yalnız şəraiti tam aydın və risk əmsalı minimum olan situasiyalarda iştirakda maraqlı olduğunu aydın şəkildə göstərir.

Prezidentin fikirlərindən məlum olur ki, Azərbaycan hərbi və diplomatik məsələlərdə balans siyasətini qoruyur. Fələstinə olan dəstək və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində iştirak baxımından humanitar prinsiplər ön plana çəkilir. Digər tərəfdən, “qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır” -deyə vurğulanır. Beləliklə, Azərbaycan region problemlərinə hərəkət etmədən əvvəl mövqeyini diqqətlə müəyyən edir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri