3 nəfər dönərdən zəhərləndi, biri azyaşlıdır
Zaqatalada dönərdən zəhərlənmə hadisəsi baş verib.
Axar.az xəbər verir ki, Zaqatala rayon sakinləri 1999-cu il təvəllüdlü İlqar Əhmədov, 2007-ci il təvəllüdlü qız və 2016-cı il təvəllüdlü oğlan qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
Onların dönərdən zəhərləndikləri ehtimal olunur.
Həmin şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Baxış sayı:13
Mənbə:https://axar.az