Icma.az
close
up
RU
3 qitə idman qurumundan FIFA rəhbərinə etiraz

3 qitə idman qurumundan FIFA rəhbərinə etiraz

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) FIFA rəhbərliyinə birgə məktub göndərib.

"Yeni Sabah" xəbər verir ki, məktubda futbolun idarə olunmasında şəffaflıq, etimad və düzgün idarəçilik prinsiplərinə əməl olunmasına çağırış edilib.

Son 10 ildə futbolun inkişafı hər hansı bir şəxsin deyil, FIFA, konfederasiyalar, milli assosiasiyalar və minlərlə futbol əməkdaşının birgə səylərinin nəticəsidir. Onlar genişləndirilmiş turnirlərin keçirilməsi, 2030 və 2034-cü illər dünya çempionatlarının ev sahiblərinin müəyyənləşdirilməsi və milli assosiasiyalara ayrılan resursları kollektiv qərarların nəticəsi kimi qiymətləndiriblər. pizza sifarişi

Məktubda vurğulanıb ki, məsələ maliyyə ilə bağlı deyil. Konfederasiyalar FIFA-nın mövcud böyük maliyyə ehtiyatlarının milli assosiasiyaların inkişafına daha məsuliyyətli şəkildə yönəldilməsini dəstəklədiklərini bildiriblər.

Əsas narazılıq isə FIFA Dünya Kuboku ilə bağlı kommersiya marağının satılması təklifinin hazırlanması və təqdim edilməsi prosesi ilə əlaqələndirilib. UEFA, AFC və CONCACAF hesab edir ki, belə bir təklif milli assosiasiyalarla lazımi məsləhətləşmələr aparılmadan, qısa müddət ərzində və onların sənədləri tam nəzərdən keçirməsinə imkan verməyən vaxt çərçivəsində irəli sürülüb.

“Bu, sadəcə olaraq ünsiyyətdə yol verilmiş səhv deyil, nəzarəti məhdudlaşdırmaq məqsədi daşıyan yanaşmanın nəticəsidir”, – məktubda qeyd olunub.

Konfederasiyalar FIFA-nın hadisələrlə bağlı hesabatı özünün hazırlamasını da tənqid edib. Onların fikrincə, belə ciddi məsələnin araşdırılmasını tam müstəqil üçüncü tərəf aparmalıdır. FIFA administrasiyasının, əməkdaşlarının və ya futbolun digər maraqlı tərəflərinin araşdırmada rol almaması tələb olunur.

Məktubda həmçinin FIFA-nın Mərakeşdə keçirilən rəhbərlik toplantısı ilə bağlı məlumatına diqqət çəkilib. Bildirilib ki, həmin görüşdə yalnız bir seçilmiş vəzifəli şəxs iştirak edib, FIFA Şurasının üzvləri və milli assosiasiyalar toplantıya dəvət olunmayıb.

Konfederasiyalar belə yanaşmanın futbolun idarə olunmasında hesabatlılıq və şəffaflıqla bağlı ciddi suallar doğurduğunu vurğulayıblar.

Məktubun sonunda futbolun gücünün onun birliyində olduğu bildirilib və “futbola xidmət edən, ona hökm etməyə çalışmayan rəhbərlik” çağırışı edilib.

Birgə məktubu AFC prezidenti Salman bin İbrahim Ali-Xəlifə, CONCACAF prezidenti Viktor Montalyani, UEFA prezidenti Aleksander Çeferin, həmçinin üç konfederasiyanın baş katibləri imzalayıblar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Avqust 2026 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri