Icma.az
close
up
RU
3 siyasətçidən fərqli Vaşinqton görüşü açqlaması

3 siyasətçidən fərqli Vaşinqton görüşü açqlaması

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avqustin 8-nə planlaşdırılan ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə planlaşdırılan görüşü  hazırda dünya gündəmindədir. 

Adalet.az  xəbər verir ki, Müxtəlif siyasətçilər müxtəlif fikirlər yürüdərək görüşün mahiyyət və nəticələrini müzakirə edirlər 

 Erməni politoloq Suren Surenyants məsələ ilə bağlı bildirib ki, bu görüş  və  Ağ Evdə imzalanacaq sənəd yalnız siyasi reytinqi aşağı düşmüş Trampa və Nikol Paşinyana nüfuzunu qaldırmaq üçün lazımdır. Məqsədi Nobel Sülh mükafatı almaq olan Trampın bu sənədi “niyyət memorandumu” və “sülh bəyannaməsi” adlandırsa da, bu, əslində sülh müqaviləsi deyil, məcburi mexanizmləri olmayan niyyət bəyannaməsidir.

 Erməni politoloqun fikrincə, növbəti dəfə baş nazir seçilmək üçün Paşinyana bu görüş vacib lazım idi. Çünki hələ indidən Paşinyanın hakimiyyətinə qarşı böyük etiraz var və bu etirazın seçkiöncəsinə qədər artacağı görünür. 

 Görüşdə Zəngəzur yolunun açılması məsələsi də reallaşacağı aydındır ki,  bu yol da  təkcə regional deyil, həm də qlobal strategiyanın bir hissəsinə, İranı təcrid etmək və Rusiyaya təzyiq etmək üçün alətə çevrilir.

 Azərbaycanın məsələdən ən uğurlu tərəf kimi çıxacağına politoloqun şübhəsi yoxdur: Bu prosesdən ən çox faydalananlar Bakı və Ankaradır. Onlar Ərdoğanın dəfələrlə elan etdiyi “Türk Dünyasına İnteqrasiya” proqramını həyata keçirən Azərbaycan və Naxçıvan vasitəsilə Türkiyəni Mərkəzi Asiya ilə birləşdirən Turan dəhlizini əldə edirlər.

Azərbaycan heç bir qarşılıqlı güzəşt olmadan strateji dəhliz alır, çünki bu, klassik marşrut deyil, beynəlxalq zəmanətli xüsusi statusa malik marşrut olacaq.

Surenyants Ermənistanın təhlükəsizlik riskləri ilə də bağlı fikir yürüdüb:" Ermənistan üçün bu prosesdə təhlükələr üst-üstə düşür.

Zəngəzur yoluna beynəlxalq nəzarət modeli (Qərb monitorinqi ilə) gələcəkdə ərazi mübahisələri üçün əsas yaradan faktiki "xüsusi statusa " çevrilə bilər.

Ermənistan özünü qlobal maraqlar toqquşmasının mərkəzində tapır və bu da onu subyekt deyil, oyunun obyektinə çevirir. ABŞ-Rusiya-İran üçbucağında istənilən eskalasiya bizə ilk zərbə olacaq".

Digər erməni politoloq Qagik Ambaryan da iddia edir ki, Zəngəzur dəhlizi məhz Vaşinqtonda  təhvil veriləcək:" Tramp Vaşinqtonda Paşinyanı hansısa sənədi imzalamağa məcbur edəcək"

 Təbii ki, bu  erməni politoloqların  düşüncələridir.  Dünyanın bir çox siyasətçiləri onun kimi düşünmədiyini görürük. Məsələn, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu görüşü "çox mühüm tarixi hadisə" adlandırıb. Saakaşvilinin fikrincə  Tramp vasitəsilə Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsi imzalandığı halda Rusiya  rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir:"O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq. Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir".

 Azərbaycan Dövlətinin əsas xətti isə mehriban qonşuluq, sabit region, sülh və firavanlıq olduğu  hər addımda ortadadır.

 Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Avqust 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri