Icma.az
close
up
RU
3 uşaqlı ailələr çoxuşaqlı sayılmalıdır Doğum sayının azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ

3 uşaqlı ailələr çoxuşaqlı sayılmalıdır Doğum sayının azalması ilə bağlı HƏYƏCAN TƏBİLİ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 54898 doğulan körpə qeydə alınıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,8-dən 9,2-yə düşüb.
Bəs doğumun azalmasının səbəbi nədir? Artıq insanlar uşaq dünyaya gətirmək istəmirlər?
Bizim.Media məsələylə bağlı sosioloq Elçin Bayramlının fikirlərini öyrənib.
O, bu azalmanın səbəbini 2 problemdə görür: 
"Buna  80% sosial-iqtisadi 20% isə mənəvi-psixoloji səbəblər aiddir. Son dövrlərdə gənclərin evsizlik, işsizlik problemi, gəlir azlığı, nəticədə isə ailə quranların sayının azalması uşaqların sayının az olmasına səbəb olur. Gənclər ya  maddi səbəblərdən dolayı evlənə bilmir, evləndikdə isə 1-dən daha çox uşaq dünyaya gətirə bilmir".
Elçin Bayramlı vurğulayıb ki, hazırki minimum əməkhaqqı ilə bir ailənin 1 uşağı saxlamaq imkanı var:
"Buna görə də doğulanların sayı azalır. Bunun qarşısının alınması üçün bütün ölkələrdə hökumət sosial dəstək paketləri həyata keçirir. Yeni evlənənlərə güzəştli kreditlər, sosial ipotekalar, gənclərin işlə təmin olunması, müxtəlif yardımlar, uşaq pulu və s. kimi dəstəklər verilir. Bizdə bunların heç biri yoxdur".
"Biz mənəvi dəyərlərimizi kənara atmışıq...”
Ekspertin sözlərinə görə ikinci səbəb mənəvi deqradasiya ilə bağlıdır: 
“Son vaxtlar biz mənəvi dəyərlərimizi kənara atdıq. Müasirlik adı altında qeyri-insanı, qeyri- təbii dəyərləri qəbul etmişik. Nəticədə, imkanı olan gənclər də evlənmək istəmir. Həyatlarını ancaq öz gəzməklərinə, əyləncələrinə sərf edirlər. 5 uşağı yüksək səviyyədə saxlamağa imkanı olsa belə, 1 uşaq dünyaya gətirir. Çünki həyatını əyləncəsinə sərf etmək istəyir.
Bu prosesin qarşısı alınmasa, əhali arasında daha da azalma olacaq. Bu  strateji təhlükədir. Ölkədə bir nömrəli problem budur. Çünki millətin məhvinə aparır. Buna görə də dövlət proqramı həyata keçirilməlidir".
"3 uşaqlı ailələr çoxuşaqlı sayılmalıdır"
"Bizdə çoxuşaqlılıq meyarı 6 uşaq olaraq götürülüb. Bu isə nadir hallarda olur. İndi 3 uşaqlı ailə çoxuşaqlıdır. Dövlət bunu qəbul etməli, yardım göstərməlidir", - deyə Elçin Bayramlı qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri