Icma.az
close
up
RU
3 xırda detal münasibətləri xilas edir Psixoloq “sirri” açıqladı

3 xırda detal münasibətləri xilas edir Psixoloq “sirri” açıqladı

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Amerikalı psixoloq Mark Trevers izah edib ki, möhkəm və harmonik münasibətlər çox vaxt “mikro-davranış” adlanan zamanla emosional fonu dəyişdirən və insanlar arasında əlaqəni gücləndirən kiçik, gözə çarpmayan jestlər üzərində qurulur.

Lent.az bu məlumatları təqdim edir:

Mütəxəssisin sözlərinə görə, məhz bu xırdalıqlar birliyi inkişaf etdirir və illərlə istiliyini qorumağa kömək edir. Onun fikrincə, belə hərəkətlər böyük xəbərlərə çevrilmir, lakin məhz onlar hər iki tərəfin birlikdə böyüyüb yaxşıya doğru dəyişə biləcəyi möhkəm təməl formalaşdırır.

Ekspertin vurğuladığı əsas prinsiplərdən biri təxmin yürütmək əvəzinə soruşmaq bacarığıdır. İnsanlar uzun müddət bir yerdə olduqda, bir-birlərini “əzbər” bildikləri illüziyası yaranır. Bu, rahatlıq gətirsə də, eyni zamanda açıq söhbətə mane olan fərziyyələr yaradır. Nəticədə, biz yaxın insana elə motivlər aid edirik ki, bəlkə də o, belə niyyət daşımayıb. 2017-ci ildə Social and Personality Psychology Compass jurnalında dərc olunan araşdırma göstərib ki, bizim anlaşıldığımız hissi ilə real anlaşılma tez-tez üst-üstə düşmür. İnsanlar, onları düzgün başa düşsələr belə, özlərini anlaşılmamış hiss edə bilərlər və əksinə. Buna təkcə sözlər deyil, şəxsi təcrübə, cütlükdəki ab-hava və emosional təhlükəsizlik hissi də təsir edir.

Digər bir üsul reaksiya verməzdən əvvəl pauza etməkdir. Emosiyaların təsiri altında tez-tez sərt cavab veririk, müdafiəyə keçirik və ya susuruq, deyilənləri anlamağa çalışmadan. Qısa pauza bizi avtomatik reaksiyadan çıxarır və daha düşünülmüş cavab verməyə imkan yaradır. 2018-ci ildə diqqətlilik mövzusunda aparılan tədqiqat göstərib ki, bu yanaşma stress səviyyəsini azaldır, münaqişənin kəskinləşməsinin qarşısını alır, empatiya nümayiş etdirməyə və daha yetkin qərar qəbul etməyə kömək edir.

Nəhayət, tərəfdaşın necə dəyişdiyini və inkişaf etdiyini görmək vacibdir. Biz adətən böyük nailiyyətləri qiymətləndiririk, lakin şəxsi inkişaf çox vaxt kiçik addımlarla özünü göstərir. Əgər yalnız nəticəni deyil, prosesi də görüb dəstəkləsək, münasibətlərdə psixoloji təhlükəsizlik hissi formalaşır. İnsan başa düşür ki, mükəmməl olmasa belə, tanınmağa layiqdir. Elmi məlumatlar təsdiq edir ki, səylər nəticələrdən az qiymətləndirilmir və məhz səylərin tanınması insanı irəliləməyə daha çox motivasiya edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Avqust 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri