3 yerdən keçid: Paşinyandan hazırıq bəyanatı
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ermənistan Azərbaycanla sərhəddə 3 sərhəd keçid məntəqəsi açmağa hazırdır.
Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress” üçün yazdığı məqalədə deyilir.
Onun sözlərinə görə, Ermənistan Azərbaycandan Naxçıvan Muxtar Respublikasına boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırdır.
Paşinyan həmçinin qeyd edib ki, Azərbaycan avtomobillərinin Ermənistan ərazisindən keçərək Marqara keçid məntəqəsi vasitəsilə Türkiyəyə getməsi mümkündür.
“Ermənistan daşımaları tam şəkildə qoruyacaq. Əgər Azərbaycan tərəfinin psixoloji maneələri varsa, o zaman daşımaları artıq Ermənistan ərazisindən aktiv şəkildə keçən Türkiyə yük maşınları və ya digər ölkələrin nəqliyyat vasitələri ilə həyata keçirə bilər”, - məqalədə qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Mart 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















