30 a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
29 ölkənin xarici işlər nazirləri İranı öz ərazilərində və tərəfdaş dövlətlərdə təxribatlar, kiberhücumlar və digər hibrid əməliyyatlar həyata keçirməkdə ittiham ediblər.
"Yeni Sabah" Böyük Britaniya hökumətinə istinadən xəbər verir ki, bununla bağlı xarici işlər nazirləri birgə bəyanat yayıblar.
Bəyanatı Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İrlandiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Böyük Britaniya və ABŞ nümayəndələri imzalayıblar. pizza mizza
Nazirlər rəsmi Londonun sentyabrın 27-də Ferford aviabazasında baş vermiş insidentdə İranın əli olduğuna dair qənaətini qəbul etdiklərini bildiriblər.
"İranın və ya hər hansı digər dövlətin maraqları naminə düşmənçilik fəaliyyəti göstərən şəxslər müəyyən ediləcək və məsuliyyətə cəlb olunacaqlar. İran birliyimizə və suverenliyi qorumaq, beynəlxalq koordinasiyanı və milli dayanıqlılığı gücləndirmək, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək, günahkarları məsuliyyətə cəlb etmək əzmimizə şübhə etməməlidir", - deyə nazirlər vurğulayıblar./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 12 Oktyabr 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















