Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

30 illik problemin 23 saatlıq epizodu

30 illik problemin 23 saatlıq epizodu

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tarixin paradokslarından biri də budur: bəzən onilliklərlə davam edən proses bir neçə saatın içində öz kulminasiya nöqtəsinə çatır. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror əməliyyatı da sentyabrın 20-də qəhrəman ordumuzun şanlı qələbəsi ilə başa çatdı.
Ona görə də Prezident İlham Əliyev deyir ki, antiterror əməliyyatı beynəlxalq hüququn təntənəsidir, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Çünki bu hadisə ilə Azərbaycanın bütün ərazisində qanunun aliliyi təmin edildi, dövlət suverenliyi tam bərpa olundu və bu tarix xalqımızın yaddaşında əbədi qalacaq.

Lakin 20 Sentyabrı yalnız hərbi nəticə kimi təqdim etmək həmin günün siyasi və hüquqi mənasını azalda bilər. Nəzər salsaq görərik ki, 2020-ci il Vətən müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı, 2023-cü ilin sentyabrında baş vermiş antitteror əməliyyatından sonra isə dövlət suverenliyi ölkənin bütün ərazisində bərpa edildi. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Sərəncamda da bu iki mərhələ bir-biri ilə əlaqələndirilir.
Buradakı mühüm məqam ondan ibarətdir ki, ərazi bütövlüyü dövlətin harada hökmranlıq etdiyini, suverenlik isə həmin ərazidə kimin hüquqi hakimiyyətə malik olduğunu göstərir. Bu fərq 20 Sentyabrın mahiyyətini anlamaq üçün olduqca vacibdir. Belə ki, 8 Noyabr hərbi-siyasi mübarizənin həlledici nəticəsini, 20 Sentyabr isə dövlət hakimiyyətinin bütün ölkə ərazisində bərpası mərhələsini ifadə edir.

Daha bir müqayisə: Müasir Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyinin bərpası ilə hüquqi-siyasi fakt kimi meydana çıxdı. Lakin 1990-cı illərdən başlayan münaqişə, diplomatik danışıqlar, beynəlxalq vasitəçilik, BMT Təhlükəsizlik Şurasının qətnamələri, humanitar böhran, məcburi köçkünlük, ərazilərin işğalı dövlət suverenliyinin ölkənin bütün ərazisində həyata keçirilməsinə imkan vermədi. Yəni Azərbaycan müstəqil dövlət idi, lakin onun suveren hüquqları ölkənin bütün ərazisində eyni şəkildə tətbiq olunmurdu. 20 sentyabr 2023-cü ildə baş verən hadisə məhz bu tarixi ziddiyyəti aradan qaldırdı. Bu mənada Dövlət Suverenliyi Günü 18 oktyabr – Müstəqilliyin Bərpası Günü ilə də məzmun baxımından əlaqəlidir. Biri dövlət müstəqilliyinin bərpasını, digəri isə həmin müstəqil dövlətin suverenliyinin bütün ölkə ərazisində təmin edilməsini ifadə edən iki mühüm tarixi mərhələdir. Birinci tarix dövlətin yenidən doğuluşunu, ikinci tarix isə onun ərazi və konstitusion bütövlüyünün tamamlanmasını simvolizə edir.

20 sentyabrın başqa bir mühüm tərəfi də odur ki, bu tarix Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında “son” və “başlanğıc” anlayışlarını eyni anda birləşdirir. 2023-cü ildə bir tərəfdən, uzun illər davam edən münaqişənin, işğalın və separatçı idarəçiliyin yaratdığı vəziyyətə birdəfəlik son qoyuldu. Digər tərəfdən, Qarabağda yeni mərhələ – bərpa, quruculuq, qayıdış və dövlət idarəçiliyinin yenidən qurulması prosesi başladı. Bu gün həmin ərazilərdə dayanıqlı idarəetmənin yaradılması, insanların təhlükəsizliyinin təmin edilməsi, iqtisadi həyatın canlandırılması, şəhərlərin yenidən qurulması, sosial infrastrukturun bərpası və insanların öz doğma yurdlarına qayıtması üçün ciddi işlər görülür. Prezident İlham Əliyevin rəhbərliyi altında suverenliyin siyasi, hüquqi, iqtisadi, hərbi və mənəvi dayaqları günbəgün möhkəmləndirilir. Suverenliyin bərpası ilə artıq o torpaqlarda dalğalanan üçrəngli bayrağımızın arxasında dövlətimizin hüququ, konstitusion quruluşu və institusional gücü dayanır. İndi əsas məqsəd bu şanlı tarixi gələcək tarixlə əlaqələndirməkdir. Çünki Dövlət Suverenliyi Günü Azərbaycan dövlətçiliyinin üç mühüm anlayışını bir nöqtədə birləşdirir: ərazi, dövlət və xalq. Ərazi dövlətin məkanıdır. Dövlət həmin məkanın hüquqi-siyasi təşkilidir. Xalq isə bu dövlətçiliyin əsas daşıyıcısıdır!
 

Yunis ORUCOV

Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Sentyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see745

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see417

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see289

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see282

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see265

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see264

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see262

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see257

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see244

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see231

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see225

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see224

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see223

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see221

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see220

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see217

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see208

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see203

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see203

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri