Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

35 illik saxta qurumun 23 saatlıq çöküşü

35 illik saxta qurumun 23 saatlıq çöküşü

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaldarkən etdiyi çıxışından

Prezident sentyabrın 19-dan 20-nə keçən gecə olduqca mühüm və tarixi bir videoçarx paylaşdı. Həmin qısa lentdə ölkəmizə, xalqımıza, Cənubi Qafqaza və ümumiyyətlə, region ölkələrinin hamısına məlum olan tarixi proseslər xatırladılırdı. O çarx bizim üçün ona görə dəyərli və qiymətlidir ki, oradakı fikirləri məhz uzun illər davam edən öldürücü, məhvedici münaqişəyə, müharibəyə, separatçılığa və düşmənçilik əməllərinə son qoymuş qalib Ali Baş Komandanın dilindən eşidirdik.

Həmin fikirlərdən seçilmiş dörd cümləni bu sətirlərin əvvəlində iqtibas kimi təqdim etdik. İqtibas kimi seçdiyimiz cümlələr bizim üçün ona görə dəyərlidir ki, həmin sözləri 23 saatlıq antiterror əməliyyatlarından cəmi 25 gün sonra məhz Xankəndidə eşitdik. O şəhərdə ki, düşmənlərimiz az qala iki əsr idi ki, antitürk, anti-Azərbaycan planlar cızır, ssenarilər yazır, qan tökür, qırğınlar yaradırdılar. Həmin günlərdə Bakıda dəfələrlə eşidirdik ki, Prezident Xankəndinə beş-altı aydan sonra gedə bilər. Çünki o yerlər hələ uzun müddət təhlükəli olacaq. Bəs nə oldu? İlham Əliyev oraya cəmi 25 gündən sonra getdi. Getdi və on illər boyu ilan – çayan yuvasına çevrilmiş qədim və müqəddəs torpağımızda şanlı bayrağımızı qaldırdı.

İndi qayıdaq yazının sərlövhəsinə. Yəni “Əgər 23 saatlıq antiterror əməliyyatları aparılmasaydı...” sualına. Bu suala cavab verən ekspertlərdən biri deyir: “Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı”.

Yəni həmin 23 saatlıq əməliyyatlar olmasaydı, biz hələ çox terror, təxribat və qanlı faktlarla üz-üzə qalacaqdıq. Həmin suala cavab verən başqa bir ekspert deyir: “Biz həmin əməliyyatları aparmasaydıq, son iki ildə Bakıdan Ermənistana göndərilən müxtəlif yüklü qatarlar (çoxu Rusiyadan gəlsə də) çoxsaylı məhrumiyyətlərlə üz-üzə qalmış erməni xalqının problemlərinin bir hissəsini ödəməzdi. Qədim türk müdriklərindən biri deyib ki, beş-on nəfərin deyil, bütöv bir qövmün dərdinə əlac edənlər ən böyük savab qazananlardır.

Əgər biz həmin əməliyyatları aparmasaydıq, Qafqazda sülh barədə söhbət belə getməyəcəkdi. ABŞ kimi qüdrətli dövlətin başçısı Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət edərək, sülh sənədinin paraflanmasına nail olmazdı. Hətta cənab Tramp həmin sənədə şahid kimi özü də imza atmışdı. Biz həmin əməliyyatlara imza atmasaydıq, Zəngəzur dəhlizi layihəsi Allah bilir neçə onillər sonraya qalacaqdı.

Nəhayət, biz həmin əməliyyatları başlamasaydıq, Avropa hələ də üstümüzə diş qıcırdadırdı. Həmin tarixi prosesdə məni ən çox məmnun edən fakt – uzun illər işğala məruz qalan Azərbaycanı “reallıqla barışmağa çağıran” Avropanın rəhbərlərindən birinin 23 saatlıq əməliyyatdan sonra Bakıya gələrək Prezident İlham Əliyevin yaratdığı YENİ REALLIQLARI alqışlaması oldu.

Söhbət “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvü, Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinin qəbulunda, dövlət başçımıza xitabən səsləndirdiyi fikirlərdən gedir: “Hesab edirəm ki, Sizin Ermənistanla birgə icra etdiyiniz sülh razılaşması dünya ölkələri üçün çox güclü bir siqnaldır. Yəni çətinliklərə, keçmiş və indiki iztirablara baxmayaraq, gələcəyə kiçik də olsa, nikbinliklə və ümidlə baxmaq üçün ortaq iradə var. Bu da bizim təşviq və müdafiə etmək istədiyimiz dəyərlərə bağlıdır. Çünki biz hesab edirik ki, bu dəyərlər gələcəkdə daha çox təşviq olunmalıdır. Bir daha qeyd etmək istəyirəm, biz Sizin liderliyinizi, bu sülh razılaşmasını təqdir edirik. Mükafatla bağlı verdiyimiz qərarla biz bu sülh razılaşmasının reallığa çevrilməsi üçün Sizin göstərdiyiniz bütün səylərə dəstək olduğumuzu nümayiş etdirmək, region və Cənubi Qafqaz, həmçinin daha geniş bölgə üçün müsbət ümidlər və perspektivlər arzulamaq istəyirik”.

Yəni adın nədir, Daşdəmir... Prezidentin bu gecə paylaşdığı videoçarxdan sonra ilk reaksiyanı Xarici İşlər Nazirliyindən gördük. Nazirliyin yaydığı bəyanatda deyilir: “Antiterror tədbirləri zamanı Azərbaycan tərəfi mülki əhalinin təhlükəsizliyinə xüsusi diqqət yetirib, mülki şəxslər və mülki infrastruktur yox, yalnız qanunsuz silahlı birləşmələrin legitim hərbi obyekt və infrastrukturları hədəf alınıb. Azərbaycanın dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb. Ölkəmiz sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək, münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atıb”.

P.S. İki gün əvvəl Almaniyanın vilayətlərindən birində Ermənistanın Baş naziri Nikol Paşinyana “Sülh mükafatı” təqdim etdilər (Mütəxəssislərin fikrincə, həmin mükafat Azərbaycan Prezidentinə təqdim edilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın yanında o qədər də nəzərəçarpan təltif deyil). Nikol Paşinyan mükafatı qəbul edəndə dedi: “Bu mükafat Azərbaycan Prezidentinə də təqdim edilməlidir. Çünki Cənubi Qafqaza sülh gətirilməsində İlham Əliyevin rolu çox böyükdür”.

İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri