“30 kq çəkisi olan məktəblinin çantası 3 kiloqramı keçməməlidir”
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10-15 faizini keçməməlidir.
Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi İlham Şıxbabayev nazirliyin sosial media hesabındakı canlı yayımda deyib.
Həkimin sözlərinə görə, 30 kiloqram çəkisi olan uşaq üçün məktəb çantasının çəkisi təxminən 3 kiloqram olmalıdır. Xüsusi hallarda bu göstərici 15 faizə qədər ola bilər.
"Həddindən artıq ağır məktəb çantası onurğaya ciddi yük salır. Onurğaya düşən yük normadan artıq olduqda bu, xroniki əzələ spazmlarına və ağrılara səbəb ola bilər. Məktəb çantası uşağın yaşına və boyuna uyğun olmalıdır.
Çanta iki çiyin qayışlı, qayışları isə enli olmalıdır. Onun ölçüsü normadan böyük olmamalı və bel nahiyəsinə qədər çatmalıdır. Məktəb çantasını daim bir çiyində daşımaq əzələ ağrılarına səbəb ola bilər. Ağır kitablar çantanın ön, yüngül dəftərlər isə arxa hissəsinə yerləşdirilməlidir", - həkim bildirib.
Fəridə, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 Sentyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















