Icma.az
close
up
RU
30 yaşını parlamentdə keçirən ən gənc deputat:

30 yaşını parlamentdə keçirən ən gənc deputat:

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün Milli Məclisin ən gənc deputatı, parlamentin İdman və Gənclər komitəsinin üzvü Mahir Süleymanlının doğum günüdür. O, 30 yaşını parlamentin plenar iclasında qeyd edir. 

Modern.az yubiley yaşı ilə əlaqədar gənc deputatla əlaqə saxlayıb və onu təbrik edib.

"Diqqətinizə görə, təşəkkür edirəm, bu gün parlamentin iclasıdır, hazırda iclasda iştirak edirik", - o deyib.

Deputat doğum gününü ailəsi və övladları ilə birlikdə qeyd edəcəyini bildirib.

"Valideynlərim, həyat yoldaşım, yaxınlarım, deputat həmkarlarım təbrik ediblər və təbriklər gəlməkdə davam edir. Hamısına təşəkkür edirəm. Hər yaşın öz gözəlliyi var təbii ki, hər yeni yaş insanı bir az da kamilləşdirir, ümid edirəm ki, bundan sonra da hər zaman həm dövlətimizin həm xalqımızın uğurları bol olar", - o, ad günü təəsüralarını belə danışıb.

Parlamentin ən gənc deputatı olaraq qocaman həmkarı ilə əlaqələri barədə sualımıza Mahir Süleymanlı belə cavab verib: "Parlamentin deputatı olaraq ilk doğum günümdür, bütün qocaman deputatlara böyük hörmətim var, onların hər biri məktəbdir və hər birindən də siyasi olaraq nələrsə öyrənirəm. Yaşlı deputatlarımız arasında da dostluq etdiyim həmkarlarım var, lakin, ad çəkmək doğru olmaz, hər birinə cansağlığı arzulayıram".

Qeyd edək ki, Mahir Süleymanlı 1995-ci il fevralın 25-də Bakı şəhərində anadan olub. 

2000–2011-ci illərdə Şabran rayon Tofiq Abbasov adına 1 nömrəli orta məktəbdə təhsil alıb.  2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş və 2015-ci ildə bu ali məktədə bakalavr təhsilini uğurla başa vurub.

2015–2016-cı illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra ixtisas biliklərini daha da dərinləşdirmək üçün ali təhsilini ikinci pillə üzrə davam etdirərək, 2016–2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində beynəlxalq hüquq, insan hüquqları ixtisası üzrə magistr təhsili alıb.

2018-ci ildən 2024-cü ilin sentyabr ayına qədər əmək fəaliyyətini Milli Məclisinin Aparatında davam etdirən Mahir Süleymanlı "İnzibati və hərbi qanunvericilik", "Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik" və "İcra hakimiyyəti orqanları ilə əlaqələr" şöbələrində məsləhətçi və böyük məsləhətçi vəzifələrində çalışıb. Dövlət qulluğu müşaviridir. 

Mahir Süleymanlı həmçinin 2019–2022-ci illərdə YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin Siyasi Şurasının və İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərib. 

1 sentyabr 2024-cü ildə VII çağırış Parlamentin növbədənkənar seçkilərində YAP tərəfindən 56 saylı Şabran-Xaçmazx seçki dairəsindən namizədliyi irəli sürülüb və seçicilərin yüksək etimadı ilə Parlamentə üzv seçilib. Hazırda Milli Məclisin ən gənc deputatıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri