Icma.az
close
up
RU
300 milyard dollardan çox

300 milyard dollardan çox

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşları artır

Azərbaycanda təmin edilmiş sağlam və münbit sərmayə iqlimi ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmində artım dinamikasına səbəb olmaqdadır. Eləcə də, həyata keçirilən hüquqi və institusional islahatlar sərmayə axıcılığını təşviq etməkdədir. Yürüdülən siyasətə uyğun olaraq son illərdə biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər görülüb ki, bu da xarici sahibkarlağın fəaliyyətində yeni mərhələnin başlanmasına səbəb olub. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizdə yaradılmış əlverişli investisiya mühitindən bəhs edərək son illərdə iqtisadiyyatımıza 300 milyard dollardan çox xarici sərmayə cəlb edildiyini vurğulayıb.

Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm verərək dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atıb. Qlobal iqtisadiyyata inteqrasiya şəraitində aparıcı beynəlxalq şirkətlərə və xarici maliyyə qurumlarına, investorlara ölkəmizdə azad fəaliyyət üçün geniş və əlverişli imkanlar yaradılıb. Nəticədə son 20 ildə iqtisadiyyatımıza 300 milyard dollardan çox sərmayə qoyulub ki, onun əhəmiyyətli hissəsi və ya 200 milyard dolları qeyri-neft sektorunun inkişafına yönəldilib. Həmin cəmi sərmayələlərin 50 faizindən çoxu xarici sərmayələrin payına düşür. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir.

2025-ci ildə investisiya fəallığı davam edib

Azərbaycan iqtisadiyyatına daxili və xarici kapital qoyuluşlarında artım dinamikası 2025-ci ildə də davam edib. Ötən ilin yanvar-noyabr aylarında əsas kapitala 16 milyard 658,9 milyon manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalsa da, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,3 faiz artaraq ümumi sərmayə axıcılığını təmin edib. Bu dövr ərzində istifadə olunmuş investisiyanın 8,4 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı  sahələrinə, 5,6 milyard manatı (33,7 faiz) xidmət sahələrinə, 2,6 milyard manatı (15,7 faiz) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 12,9 milyard manatını və ya 78 faizini daxili investisiyalar təşkil edib. Həmin sərmayələrin 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Azərbaycana yatırılan birbaşa xarici investisiyaların həcmində də əhəmiyyətli artım qeydə alınıb. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici rezidentlər tərəfindən 4 milyard 736 milyon dollar birbaşa investisiya yatırılıb. Sərmayə potfelində birinci yeri 1 milyard 243 milyon dollarla Böyük Britaniya, növbəti yerləri 632 milyon dollarla Türkiyə, 543 milyon dollarla Cənubi Kipr, 384 milyon dollarla İsveçrə və 272 milyon dollarla İran tutub. Eləcə də xarici yatırım edən dövlətlər sırasında BƏƏ, Rusiya, ABŞ, Yaponiya, Macarıstan, Fransa və Hindistan sərmayədarlarının payı artıb.

Qeyd edilən dövrdə Azərbaycanın özü də sərmayədar ölkə kimi xarici ölkələrin iqtisadiyyatına 2 milyard 38 milyon dollar birbaşa investisiya yatırıb. Xaricə yönəldilən investisiyalarda əsas istiqamət İsrail olub və bu ölkəyə 542,6 milyon dollar həcmində sərmayə yatırılıb ki, bu da əsasən “Tamar” qaz yatağı layihəsi ilə bağlıdır. Türkiyəyə 289 milyon dollar, Birləşmiş Ərəb Əmirliklərinə 250 milyon dollar, Böyük Britaniyaya 176 milyon dollar, İtaliyaya isə 118 milyon dollar birbaşa xarici investisiya yatırılıb.

Ölkəmizin beynəlxalq reytinqi yüksəlib

Dövlət başçısı onu da vurğulayıb ki, hazırda Azərbaycanın maliyyə vəziyyəti çox müsbətdir. Aparılan islahatlar, əldə edilmiş uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilib, kredit reytinqimiz daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb. Son 2 ildə nüfuzlu beynəlxalq iqtisadi institutlar reytinq hesabatlarında ölkəmizin maliyyə vəziyyətinə dair yeni rəy verib. “Moody’s” və “Fitch” ölkəmizin reytinq investisiya səviyyəsini yeniləyərək proqnozu sabitdən müsbətə doğru yeniləyib. Belə ki, “Standart & Poor’s” və “Moods” reytinq agentlikləri Azərbaycanın investisiya və kredit reytinqini artıraraq “BB+” səviyyəsinə qaldırıb. Eyni zamanda “Fitch Ratings” agentliyi Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli suveren investisiya reytinqini “pozitiv” proqnozu ilə “BBB” səviyyəsində təyin edib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investitorlarının daim diqqət mərkəzindədir.

Beynəlxalq Valyuta Fondu (BVF) dünya ölkələrində investisiya cəlbediciliyi mühiti ilə bağlı hesabatında Azərbaycanı ən yaxşı ölkələr qrupunda qərarlaşdırıb. Belə ki, ölkəmiz ən yaxşı investisiya mühitinə malik “Top-7” qrupunda yer alıb. BVF-nin reytinqində xarici investorlar üçün əlverişli münbit iş şəraitinin yaradılması, bütün hüquqi təminatlarla əhatə olunması təqdir edilir.  Ölkəmizin böyük ehtiyatları, aşağı xarici borcu, özünü təmin edən iqtisadiyyatı və digər amillər daha yüksək reytinqə malik olmağa imkan verir.

Azad ərazilərdə sərmayəçilər üçün güzəştlər

Azərbaycanın müasir inkişaf gündəliyində əsas investisiya sahələri kimi süni intellekt və “yaşıl enerji”yə investisiya cəlb olunması əsas strateji xətt kimi müəyyən edilib. Resurs zənginliyi ilə diqqəti cəlb edən işğaldan azad edilmiş ərazilərə xarici investorların marağı böyük olduğundan çoxsaylı iqtisadi stimullar, güzəştlər tətbiq olunmaqdadır. Dövlət başçısının “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamına əsasən, azad ərazilərdə uçotda olan və fəaliyyət göstərən sahibkarlıq subyektləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, eləcə də sosial vergilərdən azad olunublar ki, bu amil həmin bölgəyə xüsusi axınları sürətləndirəcək.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri