Icma.az
close
up
RU
“30:30:30” pəhrizi ayda 6 kiloqramdan çox arıqlamağa kömək edir

“30:30:30” pəhrizi ayda 6 kiloqramdan çox arıqlamağa kömək edir

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ay ərzində 6 kiloqramdan çox artıq çəkidən qurtulmağa kömək edən “30:30:30” prinsipi ilə qurulmuş zülal əsaslı pəhrizdən danışılıb.

Lent.az bu pəhrizlə bağlı maraqlı məlumatları təqdim edir:

Bildirilir ki, bu pəhriz dörd əsas prinsipə əsaslanır

– hər yeməkdə təxminən 30 qram zülal,

– gündə 30 qram lif,

– həftə ərzində 30 və ya daha çox fərqli bitki əsaslı məhsulun qəbulu,

– və gündəlik 300–500 kkal arasında kalori kəsiri.

“30 – bu sehrli rəqəmdir”, – dietoloq qeyd edib.

Onun sözlərinə görə, bu kombinasiya arıqlamağa kömək edir, eyni zamanda əzələ kütləsini qoruyur və bağırsaq sağlamlığı, immun sistemi və ürək sağlamlığını gücləndirir.

Pəhriz yalnız onu davam etdirə bilsəniz işləyir. Sonsuz sayda ‘yeni’ və sürətli arıqlama vədi verən pəhrizlər.

“30:30:30” pəhriz prinsipi – nə nəzərdə tutulur?

Bu pəhrizə düzgün əməl etmək üçün aşağıdakılar tövsiyə olunur:

Hər yeməkdə 30 qram zülal qəbul edin

ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) tövsiyəsinə görə, zülal çatışmazlığının qarşısını almaq üçün gündə hər kiloqram bədən çəkisinə 0.8 qram zülal qəbul edilməlidir. Lakin Bardvellin sözlərinə görə, optimal norma 1.2–1.6 qram/kq arasıdır. Bu isə gündəlik təxminən 90 qram zülal deməkdir.

Zülal karbohidrat və yağlarla müqayisədə daha yaxşı toxluq hissi yaradır, bu da iştahanın azalmasına və qəlyanaltı ehtiyacının azalmasına səbəb olur. Əlavə olaraq, bu qədər zülal əzələ kütləsinin artırılmasına da kömək edir.

Gündə 30 qram lif qəbul edin

Lif arıqlama prosesində faydalıdır, çünki aşağı kalorili, lakin həcmi və qida dəyəri yüksək olan maddədir. O, fiziki olaraq mədəni doldurur və beyin üçün toxluq siqnalı verir. Lif həmçinin xolesterinin səviyyəsini aşağı salır, qanda qlükozanı stabilləşdirir və ürək-damar xəstəlikləri, 2-ci tip şəkərli diabet kimi xroniki xəstəliklərin riskini azaldır.

Həftə ərzində 30 və ya daha çox müxtəlif bitki əsaslı məhsul qəbul edin

Bu tövsiyə 2018-ci ildəki American Gut Project tədqiqatından sonra ortaya çıxıb. Bu araşdırma göstərib ki, həftədə 30 və ya daha çox fərqli bitki əsaslı məhsul qəbul edən insanların bağırsaq mikrobiomu daha müxtəlif və immun sistemləri daha güclü olur.

Bu qrupa yalnız tərəvəz və meyvələr deyil, həm də paxlalılar, taxıllar, qoz-fındıq, toxumlar, ədviyyatlar, tünd şokolad, zeytun yağı və hətta qəhvə də daxildir.

Gündəlik 300–500 kkal kalori kəsiri yaradın

Bu qədər kalori çatışmazlığı həftədə təxminən 0.5 kiloqram çəki itirilməsinə imkan verir. Bu yanaşma həm davamlı, həm də realdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:207
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 May 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see317

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see297

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see274

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see263

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see259

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see237

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see233

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see222

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see218

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see212

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see211

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see203

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see196

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see196

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see194

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see193

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see182

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see179

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri