Icma.az
close
up
RU
31 ci AFS Gənclər Assambleyası başa çatıb

31 ci AFS Gənclər Assambleyası başa çatıb

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2026-cı ilin 12–14 avqust tarixində İsveçrənin Cenevrə şəhərində keçirilən və müxtəlif ölkələrdən gəncləri bir araya gətirən 31-ci AFS (American Field Service) Gənclər Assambleyası (AFS Youth Assembly) uğurla başa çatıb.

Assambleyaya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ADG-nin Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadan olan 5 üzvü qatılıb. Tədbir çərçivəsində gənclər dayanıqlı inkişaf, qlobal vətəndaşlıq, liderlik, gənclərin qərar qəbuletmə proseslərində rolu, beynəlxalq əməkdaşlıq və multikultural dəyərlər mövzularında keçirilən panel müzakirələrində, təlim sessiyalarında və interaktiv proqramlarda fəal iştirak ediblər.

ADG nümayəndələri müxtəlif ölkələrdən olan iştirakçılarla səmərəli görüşlər keçirərək yeni əməkdaşlıq imkanlarını müzakirə edib, Azərbaycanın diaspor gənclərinin fəaliyyəti, ölkəmizin multikultural dəyərləri və dövlət gənclər siyasəti barədə ətraflı məlumat veriblər. 

Tədbirin son günü – 14 avqust tarixində keçirilən “Mədəniyyət Günü” ("Culture Day") proqramı iştirakçı ölkələrin mədəni irsinin tanıdıldığı ən yaddaqalan tədbirlərdən biri olub. ADG nümayəndələri Azərbaycanın zəngin tarixi, milli-mədəni dəyərləri, adət-ənənələri və milli mətbəxini beynəlxalq auditoriyaya yüksək səviyyədə təqdim ediblər. Azərbaycan guşəsi iştirakçıların böyük marağı ilə qarşılanıb, milli atributlarımız və mədəni irsimiz haqqında geniş məlumat verilib.

31-ci AFS Gənclər Assambleyasında iştirak Azərbaycan diaspor gənclərinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması və ölkəmizin beynəlxalq gənclər platformalarında tanıdılması baxımından mühüm nəticələrlə yadda qalıb. Tədbir çərçivəsində qazanılan təcrübə və qurulan əlaqələrin gələcək layihələrdə və beynəlxalq təşəbbüslərdə səmərəli şəkildə istifadə olunması nəzərdə tutulur. 

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan bu iştirak diaspor gənclərinin beynəlxalq səviyyədə fəallığının artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi və Azərbaycanın dünya miqyasında layiqincə təmsil olunmasına verilən töhfənin növbəti uğurlu nümunəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see483

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see323

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see319

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see254

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see254

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see238

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see230

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see208

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see206

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see200

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see192

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see189

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see181

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see179

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see172

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri