Icma.az
close
up
RU
31 iyul Azərbaycan idmanının inkişaf tarixində strateji dönüş nöqtəsi

31 iyul Azərbaycan idmanının inkişaf tarixində strateji dönüş nöqtəsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın müasir inkişaf salnaməsində elə tarixi hadisələr vardır ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı mərhələlərin istiqamətini müəyyənləşdirən strateji qərar kimi dəyərləndirilir. 1997-ci il iyulun 31-də İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi də məhz belə hadisələrdəndir. Həmin gündən etibarən ölkədə olimpiya hərəkatının inkişafında yeni mərhələnin əsası qoyuldu, idman dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrildi və Azərbaycan qısa müddətdə dünyanın nüfuzlu idman ölkələri sırasında layiqli yer tutmağa başladı.

Azərbaycan idmanının bugünkü uğurlarının möhkəm təməli Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinə söykənir. Hələ sovet dövründə respublikada idmanın inkişafına xüsusi diqqət yetirən Ulu Öndər müstəqillik illərində də bu sahəni dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Onun təşəbbüsü ilə idmanın hüquqi və institusional bazası formalaşdırıldı, gənclərin fiziki və mənəvi inkişafı dövlət siyasətinin əsas prioritetləri sırasına daxil edildi. Heydər Əliyev idmanı xalqın sağlamlığının, milli birliyinin və dövlətin beynəlxalq nüfuzunun mühüm amili kimi qiymətləndirirdi. Məhz bu uzaqgörən siyasət sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilərək keyfiyyətcə yeni mərhələyə yüksəldildi.

İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbər seçildiyi dövrdə Azərbaycan idmanı mürəkkəb inkişaf mərhələsini yaşayırdı. Müstəqilliyin ilk illərində mövcud olan iqtisadi çətinliklər, idman infrastrukturunun zəifliyi və beynəlxalq əlaqələrin məhdudluğu sistemli islahatları zəruri edirdi. Milli Olimpiya Komitəsinin fəaliyyətində tətbiq olunan yeni idarəetmə prinsipləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və idman federasiyalarının fəaliyyətinin gücləndirilməsi qısa müddətdə öz müsbət nəticələrini göstərdi. Beləliklə, Azərbaycan idmanı inkişafın yeni modelini formalaşdırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin əsas istiqamətlərindən biri müasir idman infrastrukturunun yaradılması oldu. Son illər ərzində Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində onlarla Olimpiya İdman Kompleksi, idman sarayı və ixtisaslaşmış təlim bazaları inşa edilərək istifadəyə verildi. Bu komplekslər yalnız peşəkar idmançıların hazırlığı üçün deyil, eyni zamanda uşaqların və gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və kütləvi idmanın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanın regionlarında fəaliyyət göstərən müasir idman infrastrukturu dövlətin balanslı regional inkişaf siyasətinin uğurlu nəticələrindən biri kimi qiymətləndirilir.

İdmana göstərilən ardıcıl dövlət qayğısı beynəlxalq arenada əldə olunan nailiyyətlərdə də öz aydın ifadəsini tapır. Azərbaycan idmançıları Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr əldə edərək ölkəmizin üçrəngli bayrağını dəfələrlə zirvələrə qaldırıblar. Güləş, cüdo, boks, taekvondo, gimnastika, karate və digər idman növlərində qazanılan uğurlar Azərbaycanın güclü idman məktəbinə malik olduğunu təsdiqləyir. Hər bir qələbə dövlətin idmana göstərdiyi diqqətin, məşqçi əməyinin və idmançıların əzmkarlığının vəhdətinin nəticəsidir.

Azərbaycanın beynəlxalq idman mərkəzinə çevrilməsi də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindəndir. Bakı şəhərinin 2015-ci ildə ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməsi, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili, Formula 1 Azərbaycan Qran-prisinin keçirilməsi, eləcə də müxtəlif dünya və Avropa çempionatlarının ölkəmizdə təşkil olunması Azərbaycanın təşkilatçılıq imkanlarını, müasir infrastrukturunu və beynəlxalq etimadını nümayiş etdirdi. Bu tədbirlər idmanla yanaşı, ölkəmizin siyasi, iqtisadi və mədəni potensialının da beynəlxalq ictimaiyyətə təqdim edilməsində mühüm rol oynadı.

Prezident İlham Əliyevin idman siyasətinin əsas xüsusiyyətlərindən biri insan kapitalına verilən yüksək dəyərdir. Olimpiya, dünya və Avropa çempionlarının dövlət tərəfindən yüksək qiymətləndirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məşqçilərin əməyinə verilən dəyər və idmançılar üçün yaradılan hərtərəfli şərait gənclərin bu sahəyə marağını daha da artırır. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, idman sağlam həyat tərzinin, vətənpərvərliyin, milli həmrəyliyin və güclü cəmiyyətin formalaşmasının mühüm amillərindən biridir. Bu baxımdan, idmana göstərilən diqqət yalnız yüksək nəticələrin əldə olunmasına deyil, həm də sağlam və intellektual gənc nəslin yetişdirilməsinə xidmət edir.

Bu gün Azərbaycan dünya idman ailəsinin nüfuzlu üzvlərindən biri kimi tanınır. Ölkəmiz beynəlxalq idman təşkilatlarının etibarlı tərəfdaşı, mötəbər yarışların uğurlu təşkilatçısı və yüksək nəticələr əldə edən idman dövləti kimi böyük nüfuz qazanıb. Bu uğurlar təsdiq edir ki, 1997-ci il iyulun 31-də İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi uzaqgörən dövlətçilik təfəkkürünə söykənən strateji qərar idi. Həmin tarixdən başlanan inkişaf yolu bu gün də uğurla davam edir və Azərbaycan idmanının yeni zirvələr fəth etməsinə möhkəm zəmin yaradır.

31 iyul təkcə bir seçkinin ildönümü deyil. Bu tarix Azərbaycanın olimpiya hərəkatının yeni inkişaf mərhələsinə qədəm qoyduğu, idmanın dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyi və ölkəmizin beynəlxalq idman aləmində layiqli mövqeyinin formalaşdığı əlamətdar gündür. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün idman sahəsində qazandığı nailiyyətlərlə dünyanın diqqət mərkəzində olan, sağlam gələcəyə inamla irəliləyən güclü dövlət kimi tanınır.

Nurəngiz Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 İyul 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri