Icma.az
close
up
RU
31 Mart Bu gün susmamaq günüdür

31 Mart Bu gün susmamaq günüdür

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Tarix bəzən qələbələrlə yazılır, bəzən də susdurulmuş fəryadlarla. 

Azərbaycan tarixi məhz susdurulmağa çalışılmış fəryadların tarixidir həm də. 

Amma elə hadisələr var ki, nə qədər üstü örtülsə də, torpağın altından belə danışmağı bacarır.

Bəli, bu gün o torpağı altında danışan gün- 31 Mart Soyqırım günüdür.

1918-ci ilin mart günləri.

Təqvimdə sadəcə tarixlər dəyişirdi, amma Bakının küçələrində, Şamaxının məhəllələrində, Qubanın kəndlərində həyat birdəfəlik qırılırdı.

Tarixin hökmü amansız oldu, qana boyandı.

Bəli, minlərlə insan qətlə yetirildi. Ancaq tək bir insan, sadəcə rəqəmlər kimi baxmaq olmaz. Çünki hər rəqəmin arxasında bir ailə, bir həyat, bir yarımçıq qalmış gələcək vardı.

Sual budur: niyə bu yaddaş uzun illər kölgədə qaldı?

Sovet dövrü bu hadisələrin üzərinə qalın bir sükut pərdəsi çəkdi. Tarix selektiv yaddaşa çevrildi. Danışmaq qadağan idi, susmaq isə məcburi. Həqiqət isə heç vaxt yox olmur, sadəcə vaxtını gözləyir. O vaxt gəldikdə isə, artıq bu, təkcə tarixçilərin yox, bütöv bir xalqın yaddaş məsələsinə çevrilir. Necə ki, bizdə çevrildi də.

Heç nə unudulmur, heç nə yaddan çıxmır.

Bu gün 31 mart sadəcə anım günü deyil. Bu gün həm də bir sualdır: biz yaddaşımızı necə qoruyuruq?

Çünki unutmaq yalnız keçmişi itirmək deyil, gələcəyi də riskə atmaqdır. Yaddaşsız cəmiyyət istiqamətsiz cəmiyyətə çevrilir. Əgər biz bu faciəni yalnız rəsmi tədbirlər, protokol çıxışları və şablon ifadələrlə yad ediriksə, deməli, onun ruhunu itiririk.

Yazıçı üçün isə bu hadisə sadəcə tarix deyil, bir vicdan məsələsidir. Yazmaq, xatırlatmaq, soruşmaq və bəzən də narahat etmək. Ədəbiyyatın işi rahatlıq yaratmaq deyil, həqiqəti görünən etməkdir.

Bəlkə də problem ondadır ki, biz yaddaşı çox vaxt mərasimləşdiririk. Halbuki yaddaş canlı olmalıdır. Yəni sual verən, düşündürən, narahat edən. 31 mart yalnız keçmişin faciəsi kimi yox, həm də bu günün məsuliyyəti kimi dərk olunmalıdır.

Çünki tarix yalnız baş verənlər deyil, həm də xatırlananlardır.

Əgər bir xalq öz ağrısını unutmağa başlayırsa, başqaları onu təkrar yazmağa başlayır.

31 mart bizə bir şeyi xatırladır həm də. Xatırladır ki, həqiqət gecikə bilər, amma yox olmaz.

Bu gün susmamaq günüdür.

Firuzə Mahmudova 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Mart 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri