Icma.az
close
up
RU
31 Mart soyqırımı radikal erməni millətçiliyinin növbəti terrorizm nümunəsi

31 Mart soyqırımı radikal erməni millətçiliyinin növbəti terrorizm nümunəsi

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixinə qara hərflərlə yazılmış ən dəhşətli faciələrdən biridir. 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilmiş amansız qırğınlar Ermənistan tərəfindən əsrlərlə davam etdirilən düşmənçilik siyasətinin qanlı nəticəsi kimi yadda qalmışdır. Bu hadisələr planlı və məqsədyönlü soyqırımı siyasətinin bariz təzahürüdür, əsas məqsəd yerli əhalinin tarixi torpaqlarda kökünü kəsmək, onların varlığını məhv etmək olmuşdur.

XX əsrin əvvəllərində erməni millətçiləri tərəfindən irəli sürülən mifik “Böyük Ermənistan” ideyası sistemli şəkildə zorakılıqla müşayiət olunan siyasi bir plan idi. Daşnaksutyun partiyası və digər radikal dairələr bu ideyanı həyata keçirmək üçün regionun yerli müsəlman əhalisinə qarşı qanlı terror, etnik təmizləmə və kütləvi qətllər törətmişlər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Məscidlərdə sığınmış qadınlar və uşaqlar belə amansızcasına öldürülmüş, evlər yandırılmış, dini və mədəni abidələr dağıdılmışdır. Şamaxı və Quba bölgələrində baş verənlər isə bu soyqırımın miqyasının nə qədər geniş olduğunu göstərir. Əsrlər boyu müxtəlif etnosların dinc yaşadığı bu bölgələr bir anda qan çanağına çevrilmişdir.
1918-ci ildə fəaliyyətə başlayan Fövqəladə İstintaq Komissiyası o dövr üçün mühüm bir addım idi. Komissiyanın topladığı sənədlər, şahid ifadələri və foto-faktlar hadisələrin təsadüfi deyil, mərkəzləşdirilmiş şəkildə planlaşdırıldığını göstərir. Lakin həmin dövrün beynəlxalq siyasi mənzərəsi bu faktların lazımi səviyyədə qəbuluna imkan vermədi, nəticədə soyqırımı hadisələri uzun müddət beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qaldı.
Ulu Öndər Heydər Əliyev 26 mart 1998-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ümummilli Lider həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı 30 mart 1999-cu il tarixində tədbirlər planı təsdiq etmişdir. Həmin qərar bu faciənin mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
2007-ci ildə Qubada tikinti işlərinin aparılması ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilib. İnsan qalıqları üzərində aparılan müasir elmi tədqiqatlar bir daha təsdiqləyir ki, bu insanlar sistemli və planlı şəkildə öldürülmüşdür. Bu faktlar beynəlxalq hüquq müstəvisində istifadə oluna biləcək mühüm sübutlardır.
Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında qərar verilmişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. 5 hissədən ibarət olan kompleksin ümumi sahəsi 3,5 hektardır. Quba Soyqırımı Memorial Kompleksi həm də soyqırımı faktlarının gələcək nəsillərə çatdırılması, beynəlxalq tədbirlərin keçirilməsi və elmi tədqiqatların aparılması üçün önəmli platformadır. Kompleksdə yerləşdirilən ekspozisiyalar, sənədlər və arxiv materialları bu faciənin elmi və tarixi əsaslarla öyrənilməsi üçün geniş imkanlar yaradır.
Prezident İlham Əliyev 18 yanvar 2018-ci il tarixində erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Bu Sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsinin təmin edilməsi tapşırılmış, həmçinin Milli Məclisə soyqırımın 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilmişdir.
Hələ də ermənilər öz yalanları ilə beynəlxalq ictimaiyyətin diqqətini özlərinə çəkməyə, dövlətimizin mövqeyinə kölgə salmağa cəhdlər edirlər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbələr nəticəsində tarixi ədalət bərpa olunmuş, 44 günlük Vətən müharibəsi və bir günlük lokal xarakterli antiterror əməliyyatları xalqımızın yenilməz, məğrur olduğunu bir daha dünyaya nümayiş etdirmişdir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Aprel 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri