31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər şahidlər danışdı (Video)
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sumqayıtın Corat qəsəbəsində ərinin həyat yoldaşını qətlə yetirməsi ilə bağlı hadisənin bəzi təfərrüatı məlum olub.
Milli.Az "Azad Azərbaycan" (ATV) telekanalına istinadən xəbər verir ki, hadisə ötən axşam qəsəbədə yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
33 yaşlı Əsgər Hüseynov həyat yoldaşı, 31 yaşlı Şəhanə İmanovanı kəsici alətlə qətlə yetirib. Hadisə barədə danışan qonşunun sözlərinə görə, qadın evin qarşısında ağır vəziyyətdə olub:
"Getdim gördüm, gəlin qapının ağzında uzanıb. Başını kəsib, saçları da üzünə tökülüb".
Qonşu hadisədən əvvəl 15 yaşlı oğlanın kömək üçün qaçaraq ondan kömək istədiyini bildirib: "15 yaşında oğlan uşağı qışqıra-qışqıra gəldi ki, kömək elə, kəsir. Mən də elə bildim əlini kəsib".
Şahidin sözlərinə görə, həmin vaxt kişi hadisə yerindən qaçıb. Digər qonşu isə bildirib ki, daha sonra kişi uşağı da özü ilə götürərək ərazidən uzaqlaşıb:
"Sonra gördük uşağı götürdü, qaçdı. Anası orada ağlaya-ağlaya danışırdı. Dedi ki, qız boşanmaq istəyirmiş. Oğlan da icazə vermirmiş. Sonra gəlib yaxınlaşıb deyib ki, uşağı ver, görmək istəyirəm. Uşağı alıb qadından, sonra bıçağı çəkib qadının üstünə bıçaqlayıb".
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam etdirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 02 Oktyabr 2026 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















