32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən I Qarabağ müharibəsi iştirakçısının nəşi Cəbrayılda dəfn edilib FOTO
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Birinci Qarabağ müharibəsi iştirakçısı Müşfiq Quliyevin nəşi Cəbrayıl rayonu Horovlu kəndində torpağa tapşırılıb.
APA xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhidin nəşi yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Quliyev Müşfiq İbrahim oğlu 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində dünyaya göz açıb. Hərbi komissarlığa müraciət edərək döyüşlərə yollanıb. Onun son döyüş yeri 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonu Mahmudlu kəndi istiqamətində olub. Müşfiq Quliyev naməlum şəhid olaraq İmişli rayonu Şəmmədli kənd məzarlığında dəfn olunan şəhidlərimizdən biri olub.

Qarabağ şəhidi Cəbrayılda dəfn edildi FOTO
07 Fevral 2025 14:55
Cəbrayılda 32 ildən sonra Son zəng çalınıb
14 İyun 2025 14:34
I Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhidin şəxsiyyəti müəyyənləşdi FOTO
16 İyul 2025 12:40
Şəxsiyyəti müəyyənləşdirilən 3 Qarabağ şəhidi dəfn olunacaq Komissiya
05 Fevral 2025 12:31
Qarabağ şəhidi 32 il sonra dəfn edildiyi qəbiristanlıqda anılıb FOTO
03 Aprel 2025 14:58

