Icma.az
close
up
RU
32 nəfərin zəhərləndiyi restoranın məsul şəxsi danışdı: “Yeməklər iki zala verilib, amma...”

32 nəfərin zəhərləndiyi restoranın məsul şəxsi danışdı: “Yeməklər iki zala verilib, amma...”

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“AQTA-nın nümayəndələri qidalardan nümunələr götürdülər və bildirdilər ki, hər şey qaydasındadır. Bu yeməklər restoranda iki zala verilib. Zalın birində ayrı-ayrı insanlarda zəhərlənmələr olub, digərində isə heç kim zərər görməyib”. Bunu Musavat.com-a açıqlamasında ötən gün toyda 32 nəfərin zəhərlənməsi ilə bağlı danışan  “Venesiya” şadlıq sarayının məsul şəxsi Habil Şükürov deyib.

“Bu yeməkləri eyni aşpazlar hazırlayıb. Nə oldu zalın birində zəhərlənmə oldu, digərində yox. Bizim özümüzə də maraqlıdır. Restoranın əməkdaşları da həmin yeməklərdən yeyiblər və heç birimizə heç nə olmayıb”.

Qeyd edək ki, dünən Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində 32 nəfər zəhərlənib. Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd Musavat.com- a bildirib ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

"Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb”.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", -AQTA-dan bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Aprel 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see129

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see121

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see118

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see116

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see112

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see112

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri