Icma.az
close
up
RU
326 milyonluq qaçaqmalçılıq edənlərin məhkəməsində ittiham aktı ELAN OLUNDU

326 milyonluq qaçaqmalçılıq edənlərin məhkəməsində ittiham aktı ELAN OLUNDU

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə saxlanılan şəxslər barəsində məhkəmə prosesi olub.

Oxu.Az APA-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş üzrə baxış iclası keçirilib.

Təqsirləndirilən Elvin Şirinovun müdafiəçisi vəsatətlə çıxış edərək məhkəmələrin qapalı keçirilməsini istəyib. Digər müdafiəçilər də ittiham aktında kommersiya sirlərinin olduğunu əsas gətirərək eyni vəsatətlə çıxış ediblər.

Məhkəmə vəsatəti əsassız sayaraq qəbul etməyib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib:

"Zöhrab Raqub oğlu Hidayətov Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq olmadan xüsusilə külli miqdarda gəlir əldə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olub, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək qaçaqmalçılıq cinayəti törədib.

Belə ki, o, 1 yanvar 2022-ci il tarixindən 24 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində Xudat, Bərdə, Yevlax, həmçinin 25 dekabr 2023-cü il tarixində Xudat, Xaçmaz, Bərdə və digər rayonlarda dövlət qeydiyyatına alınmadan kənd təsərrüfatı istehsalçılarından, bu sahədə qeyri-rəsmi gömrük broker xidməti göstərən şəxslərdən 1 nəqliyyat vasitəsi, yəni yük avtomobili, vaqon üçün 100 manat məbləğində qeyri-rəsmi haqq müqabilində sonuncuların kənd təsərrüfatı məhsullarının vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını təmin etdiyi Elvin Valeh oğlu Şirinovun və Qaçqın Şura oğlu Hümbətovun adından ixrac edilməsini təşkil edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ümumilikdə 1 559 400 manat məbləğində xüsusi külli miqdarda gəlir əldə edib, E.Şirinov və Q.Hümbətovla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məhsulların ixrac üçün ərazi gömrük orqanlarına mallar barədə sahiblik, sərəncam vermə hüquqlarını təsdiq edən sənədlərində həmin məhsulların guya E.Şirinov və Q.Hümbətova məxsus olmalarına dair qeydlər aparmaqla, müvafiq sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməyərək 326 milyon 69 min 684 manat məbləğində xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən xarici ölkələrə keçirməklə qaçaqmalçılıq əməlləri törədib".

Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı özlərini təqsirli bilib etirafedici ifadələr verməklərinə baxmayaraq, məhkəmə zamanı elan olunan ittiham ilə tam razılaşmayıblar.

Məhkəmə şahid ifadəsi ilə davam edib.

Məhkəməyə şahid kimi dəvət olunmuş şəxs ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, iş materiallarına əlavə olunmuş gömrük sənədlərində təqsirləndirilən şəxslərin guya ondan kənd təsərrüfatı məhsulunu satın alıb xaricə ixrac etdikləri göstərilsə də o, heç kimə mal satmadığını, həmin şəxslərlə iş birliyinin olmadığını və bu şəxslərin belə saxta sənədlər tərtib etdiklərindən xəbərsiz olduğunu göstərib.

Daha sonra, məhkəmə iclasa gəlməyən digər şahidlərin məhkəməyə məcbur gətirilməsi barədə qərar qəbul edib.

Növbəti məhkəmə prosesi 2025-ci il yanvarın 16-na təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə ittiham olunur.

Təqsirləndirilən şəxslərdən Elvin Şirinov barədə bəzi maraqlı detallar mətbuata məlumdur.

Belə ki, ötən illər üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"larına əsasən, əvvəllər, məsələn 2021-ci ildə Elvin Şirinov ümumiyyətlə qeyri-dövlət (özəl) ixracatçı subyektlər sırasında yer almadığı halda, 2023-cü ildə qeyri-dövlət ixracatçı subyektlərin sıralanmasında birdən-birə ilk onluqda 1-ci yeri tutub.

Belə bir reytinq sıçrayışı mətbu orqanların da diqqətindən qaçmayıb, "kiçik bir torpaq sahəsi belə olmayan" 2700187092 VÖEN-li fərdi sahibkar - kənd təsərrüfatı məhsulları ixracatçısı barədə təbii suallar səsləndirilib.

DTX-də aparılan istintaqla müəyyən olunub ki, Elvin Şirinov digər təqsirləndirilən şəxs Zöhrab Hidayətov tərəfindən qurulmuş kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir.

Belə maxinasiyalar ilə xarici valyuta ölkədən kənd təsərrüfatı mallarının satışı adı ilə çıxarılır. Lakin sonradan qanunvericiliyin tələblərinə zidd olaraq ölkəyə geri qaytarılmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri