Icma.az
close
up
RU
“3+3” formatı: regional əməkdaşlığın bərpası mümkündürmü?

“3+3” formatı: regional əməkdaşlığın bərpası mümkündürmü?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənubi Qafqazda əməkdaşlıq baxımından mühüm sayılan “3+3” formatı yenidən gündəmə gətirilib.

Bakıvaxtı.az xatırladır ki, bu təşəbbüs ilk dəfə Azərbaycan, Ermənistan və Gürcüstanı regionun üç qonşusu - Rusiya, Türkiyə və İranla eyni masa arxasında toplamaq ideyası üzərində qurulmuşdu. Lakin Gürcüstanın Rusiya ilə münasibətlərinə görə platforma indiyədək tam reallaşmadı və yalnız “3+2” çərçivəsində məhdud görüşlər keçirilə bildi.

Rusiya xarici işlər naziri Sergey Lavrovun son açıqlaması Moskvanın bu platformanı yenidən dirçəltmək niyyətindən xəbər verir. Ukrayna müharibəsi fonunda Qərbin təzyiqləri ilə üzləşən Rusiya Cənubi Qafqazda öz təsir dairəsini qorumağa və genişləndirməyə çalışır.

Lavrovun mövzunu gündəmə gətirməsi həm də Qərbin vasitəçilik təşəbbüslərinə cavab xarakteri daşıyır. ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan sülh prosesində fəallığı artdıqca, Moskva regional çərçivədə özünü əsas oyunçu kimi saxlamağın yollarını axtarır.

Bu açıqlama eyni zamanda Türkiyə və İrana mesaj kimi də qiymətləndirilə bilər. Rusiya göstərmək istəyir ki, Cənubi Qafqazın gələcəyi ilə bağlı qərarlar Qərbin deyil, regionun öz qonşularının iştirakı ilə qəbul olunmalıdır. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanın növbəti görüşün İrəvan və ya Bakıda keçirilə biləcəyi barədə açıqlaması da rəsmi İrəvanın bu prosesdə iştirak imkanlarını açıq saxladığını göstərir.

Bununla belə, Gürcüstanın mövqeyi formatın gələcək taleyində həlledici rol oynayır. Tbilisinin iştirak etmədiyi bir masa “3+2” çərçivəsindən o tərəfə keçə bilmir və nəzərdə tutulan siyasi çəkini tam əks etdirmir. Bu baxımdan, “3+3” platformasının tam şəkildə bərpası Gürcüstanın atacağı addımlardan və böyük güclərin maraqlarının necə uzlaşacağından asılı olacaq.

Nəticə etibarilə, Lavrovun bu mövzunu indiki mərhələdə gündəmə gətirməsi Rusiyanın regionda təsir imkanlarını qorumaq, Qərbin vasitəçilik təşəbbüslərinə balans yaratmaq və həm Ankaraya, həm də Tehrana regional əməkdaşlıq mesajı göndərmək cəhdidir. “3+3” formatı yenidən aktivləşə bilər, amma bu, region ölkələrinin siyasi iradəsi və geosiyasi reallıqların necə formalaşacağından asılı olacaq.

Ruslan Zəngəzur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri