33 il sonra doğma yurda qayıdan Mahnur FOTO
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəzən insanın yaddaşında bir kənd, bir ömür qədər iz buraxır. Mahnur Fatalıyeva üçün də Xocalı rayonunun Təzəbinə kəndi belə bir yerdir. O, 5 yaşında doğma elini tərk edib. Uzun illər keçsə də yurda qayıtmaq ümidini isə heç vaxt itirməyib. 33 il ərzində Təzəbinə onun üçün uzaqda qalan bir kənddən daha çox uşaqlığının, ailəsinin və doğma torpağının adı olub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikiniti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən xəbərə görə, Mahnur illər sonra 2025-ci ildə 38 yaşında Təzəbinə kəndinə qayıdıb.
Uşaqlıq illərində gördüyü yerləri yenidən görmək, doğma torpağın havasını udmaq, təkcə yurda qayıdış deyil, həm də yarımçıq qalmış həyat hekayəsinin davamı, yeni bir başlanğıcdır.
3 övladı ilə Xocalının Təzəbinə kəndinə dönən Mahnur, onu torpağına qovuşduran şəhidlərə ehtiramını, qəhrəman oğullara minnətdarlığını bildirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:232
Bu xəbər 08 Oktyabr 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















