Icma.az
close
up
RU
33 illik həsrətdən sonra açılan qapı...

33 illik həsrətdən sonra açılan qapı...

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəbrayıl, 28 avqust, AZƏRTAC

Cəbrayılın işğaldan azad olunan Şükürbəyli kəndinə köçən ailələrin üzündəki ifadə sadəcə sevinc deyil, bu, illərlə qəlblərdə gəzdirilən ağır yurd həsrətinin yerini qürura verən unudulmaz bir anın təsviridir. Bu gün doğma ocaqlarına qovuşan sakinlərdən biri də Xuraman Məmmədova və onun ailəsidir. Bir neçə saat öncə digər həmkəndliləri kimi, onlar da yeni mənzillərinin açarlarını təhvil alaraq həyəcanla öz evlərinin qapısını açıblar. 33 il əvvəl yarımçıq qalan uşaqlıq, gənclik xatirələri məhz bu qapının arxasında – müasir, abad və yenidən dirçələn ata-baba yurdunda təzədən baş qaldırır.

AZƏRTAC-ın bölgə müxbiri ailə ilə həmsöhbət olub, təəssüratlarını elə onların özlərindən dinləyib.

Xuraman Məmmədova övladları və nəvələrinin əhatəsində, 33 illik ayrılıqdan sonra Şükürbəyli torpağına sevinclə qədəm qoyub. Yeni evinin açarını böyük qürurla təhvil alan Xuraman xanım ailəsi ilə birgə mənzilin qapısını açarkən, sanki illərin həsrətinə son qoyurdu. Hər addımda, hər baxışda bu anın nə qədər müqəddəs və qürurverici olduğu aydın görünür.

O deyir ki, doğma yurda qayıdacaqları günün həsrətini illərlə çəkiblər, amma ümidlərini heç vaxt itirməyiblər: “Bu günlərin həsrətini çox çəkmişik. Lakin ümidimiz heç vaxt itməyib. Bir gün qayıdacağımız günü səbirsizliklə gözləmişik. Həmin günü indi yaşayırıq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz tarixi Zəfər qazandı, biz Qələbə sevincini yaşadıq. Bu gün isə doğma yurda qovuşmağın sevincini yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, hərbçilərimizə cansağlığı arzulayıram”.

Bu gün Xuraman xanım üçün unudulmaz bir ana çevrilir və bu gözəl torpaqlara qayıtdıqları üçün böyük qürur hissi keçirir. Müharibənin ağrılı-acılı günlərini xatırlamaq onun üçün çətin olsa da, artıq 33 illik həsrətin başa çatdığını vurğulayır. Cəbrayıldan məcburi köçkün düşən zaman övladlarının məktəbli olduğunu xatırladan Xuraman xanım indi nəvələrinin də məhz həmin yaşda doğma torpaqlara qayıtdıqlarını və onların da sevincinin həddi-hüdudunun olmadığını diqqətə çatdırır.

“Şükürbəyli işğaldan əvvəl də gözəl idi. İndi isə yenidən qurulan kəndimiz daha da gözəlləşib. Gözəl evlər inşa olunub, hər cür şərait yaradılıb. İlk gündür, əşyalarımızı da gətirmişik, evimizdə yerləşdiririk. Əvəzsiz hisslərdir”, - deyə o əlavə edir.

Yeni evin işıqlı mətbəxində Xuraman xanımın qızı Pərvin Əlizadə doğma ocaqda ilk günün çayını dəmləyir. İlk baxışdan adi görünən bu məişət mənzərəsi, əslində, 33 illik didərginlik dövrünün və həsrətin bitdiyini, doğma torpaqda həyatın yenidən öz axarına düşdüyünü göstərir.

“Biz Cəbrayıldan çıxanda 19 yaşım var idi. Məktəbi burada bitirmişdim. Uşaqlıq və yeniyetməlik çağlarım bu kənddə keçib. Çərşənbə bayramlarını, Novruz bayramını çox böyük sevinclə keçirirdik. Həyətimizdə yaşıllıqlar, müxtəlif ağaclarımız, güllərimiz var idi. Onlar indi də gözümün önündədir.

Bu gözəlliklər barədə hər zaman övladlarımıza danışırdıq. İndi isə onlar özləri gəlib bu yerləri gördülər. 33 ildən sonra Vətənə qayıtmışam. İndi mətbəxdə çay dəmləyirəm. Mənim üçün ən əziz günlərdən biridir. Artıq Şükürbəyli yeni həyatın başladığı, firavan günlərin bərqərar olduğu bir məkandır. Sevinc hisslərimi sözlə ifadə etməyə sözlər yetmir. Çox sevincliyəm”, - deyə Pərvin Əlizadə bildirir.

Xuraman xanımın nəvəsi Kənan Kərimov isə Cəbrayıl və Şükürbəylini indiyədək yalnız valideynlərinin kövrək xatirələrindən, nağıl kimi dinlədiyi söhbətlərdən tanıyırdı. Bu gün isə ata-baba yurdunu öz gözləri ilə görmək, bu torpağa ayaq basmaq ona qürur dolu anlar bəxş edir: “Bu yerlərin səfalı, gözəl olduğunu eşidərək xəyallarımda ata-baba yurdumu canlandırırdım. İndi isə düşündüyümdən də gözəl bir yer olduğuna şahid oldum. Biz bu günləri Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və Ordumuzun gücü sayəsində yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Azərbaycan öz torpaqlarını işğaldan azad edərək dünyaya öz gücünü göstərdi. Biz də qalib xalqın qalib gəncləri kimi bu günləri yaşadığımız üçün çox qürurluyuq. Şükürbəyli çox gözəl inşa edilib. Evlərdə hər cür şərait yaradılıb”.

Beləliklə, illər əvvəl həsrətlə tərk etdikləri Şükürbəyliyə bu gün sevinc və qürur hissləri ilə qayıdan ailələr üçün yeni həyat başlayır. Şükürbəyliyə bu gün köçən ailələrin hekayəsi əslində yalnız bir günün hekayəsi deyil. Bu, 33 illik ayrılığın ardından doğma torpağa dönüşün, yeni evdə ilk addımların, ilk süfrənin açılmasının və yeni həyatın başlanğıcının hekayəsidir.

Bir vaxtlar vidalaşaraq tərk edilən bu kənddə indi qapılar açılır. Yeni evlərin pəncərələrindən ətrafa işıq saçılır. Küçələrdə insanların səsi eşidilir. Uşaqların gülüşü isə Şükürbəyliyə qayıdan həyatın ən gözəl sədasına çevrilir.

Bu gün Şükürbəyli öz sakinlərini yalnız qarşılamır, həm də onların illər əvvəl yarımçıq qalan arzularını tamamlayır.

Müxbir-Aydın Yavərzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri