34 il həbsdə olan Maestro Niyazinin övladlığı nələri etiraf etdi? (VİDEO)
Tribuna saytına istinadən Icma.az xəbər verir.
“Arzunun vaxtı” verilişinin budəfəki qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun (Maestro Niyazi) oğulluğu Ceyhun Kafi olub.
O, Maestro Niyazi ilə bağlı xatirələrini bölüşüb:
“Onun evində qalanda həyatım nağıl kimi keçirdi. Orada görkəmli adamları görürdüm. Maestro Niyazi və həyat yoldaşı Həcər xanım mənə çox yaxşı baxıblar. Atalığımı çox istəyirdim, maraqlı insan idi”.
“Ən böyük səhvim narkotikə qurşanmağımdır” deyən Ceyhun Kafi peşmanlıqlarından bəhs edib:
“Başqaları narkotikdən istifadə edəndə mənə də maraqlı gəldi, bu pis vərdişə aludə oldum. Səkkiz dəfə tutulmuşam. Hər şeyə görə çox peşmanam. Maestro mənə “adımı biabır etmə” demişdi. Amma ailəmi də, özümü də rüsvay etdim”.
Ceyhun Kafi həmçinin Maestro Niyazinin həyat yoldaşı Həcər xanımı necə öldürməsindən danışıb:
“Həcər xanım məni narkotik qəbul edəndə gördü. Kiməsə yığmaq istəyirdi. Telefonu əlindən alanda onu itələdim, yıxılaraq dünyasını dəyişdi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 01 Noyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















