Icma.az
close
up
RU
35 ci Ali Səviyyəli Toplantı...

35 ci Ali Səviyyəli Toplantı...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cenevrədə təşkil etdiyi tədbirdə aktual mövzular müzakirə olunacaq

Yanvarın 15-16-da İsveçrənin Cenevrə şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə tərəfdaşlıq çərçivəsində təşkil etdiyi 35-ci Ali Səviyyəli Toplantısı keçiriləcək. Toplantı “Parçalanma və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması” mövzusuna həsr olunacaq. Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksəksəviyyəli iştirakçı - sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak edəcək. Tədbir çərçivəsində qlobal çağırışlar, çoxtərəfli əməkdaşlığın gələcəyi və beynəlxalq sistemdə baş verən transformasiya prosesləri müzakirə olunacaq.

Tədbirdə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (WHO), BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD), Ümumdünya Ticarət Təşkilatının (WTO), BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat), Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) və BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) ali səviyyəli rəhbərləri və nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin BMT-nin Cenevrə Ofisi ilə birgə təşkil etdiyi Ali Səviyyəli Toplantılar çoxtərəfli əməkdaşlığın təşviqi, qlobal gündəlikdə duran əsas məsələlərin müzakirəsi və beynəlxalq dialoqun gücləndirilməsi baxımından mühüm beynəlxalq platforma kimi çıxış edir. Sonuncu - 34-cü Ali Səviyyəli Toplantıda da aktual mövzularla diqqət mərkəzində olub.

Sözügedən tədbir ötən ilin 23-26 sentyabrında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində baş tutub. “Multilateralizm dönüm nöqtəsində: Çağırışlar və sülhə aparan yollar” mövzusunda keçirilən toplantıda bir sıra ölkə rəhbərləri, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobal əməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirə ediblər. Bu toplantı BMT Baş Assambleyası çərçivəsində keçirilən paralel tədbirlər arasında ən böyük tədbir hesab olunaraq 50-dən çox ölkədən yüksəksəviyyəli nümayəndələrin, o cümlədən 25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiq və indiki Baş nazirin iştirakı ilə keçirilib.

Toplantının işində Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqa və İsmail Serageldin, Albaniya, Bosniya və Herseqovina, Monteneqro prezidentləri, Bolqarıstan və Andorranın Baş nazirləri, Sloveniyanın xarici işlər naziri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, BMT Baş katibinin müavini və BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Baş katibi, Çin hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), UN-Habitat, BMT-nin İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) icraçı direktorları və s. iştirak ediblər. Toplantının proqramında qlobal bərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnoloji dəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhə gedən yol kimi sessiyalar yer alıb. Müzakirə olunan mövzular arasında, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqət mərkəzində olub.

Yeri gəlmişkən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi hər il keçirilən Qlobal Bakı Forumunun təşkilatçısı qismində də çıxış edir. Mərkəz bundan əlavə, digər beynəlxalq tədbirlərin təşkilatçısı və tərəfdaşı kimi iştirak edir. Buna nümunə olaraq, ötən il 14-15 dekabrda Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumunu göstərmək olar. “UNAOC: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən foruma Nizami Gəncəvi Beynəlxalq Mərkəzi edib. Forum müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Mərkəzin önəmli tədbirlərə ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ona  olan diqqətin ifadəsi kimi dəyərləndirilir.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri