Icma.az
close
up
RU
Lyublyanada “Yeni qlobal geosiyasət və Qərbi Balkanlar” mövzusunda 32 ci Ali Səviyyəli Toplantı keçiriləcək

Lyublyanada “Yeni qlobal geosiyasət və Qərbi Balkanlar” mövzusunda 32 ci Ali Səviyyəli Toplantı keçiriləcək

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 aprel, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Qərbi Balkanların Dostları ilə əməkdaşlıq çərçivəsində aprelin 24-25-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində “Yeni qlobal geosiyasət və Qərbi Balkanlar” mövzusunda 32-ci Ali Səviyyəli Toplantı keçirəcək.

Beynəlxalq Mərkəzdən AZƏRTAC-a bildirilib ki, toplantının əsas məqsədi dünyada dəyişən geosiyasi reallıqlar fonunda Qərbi Balkanlar regionuna təsir edən amilləri dəyərləndirmək, mövcud çağırışlar və imkanlar barədə fikir mübadiləsi aparmaq, həmçinin regional sabitliyin qorunmasına töhfə verəcək yanaşmaları müzakirə etməkdir.

Tədbirdə Almaniya, Avropa İttifaqı və Fransa hökumətlərinin Qərbi Balkanlar üzrə xüsusi nümayəndələri, bir sıra sabiq dövlət və hökumət başçıları, nüfuzlu siyasətçilər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər, BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti və Türkiyənin Avropa işləri üzrə sabiq naziri Volkan Bozkır, Gürcüstanın sabiq Prezidenti Nino Burjanadze, Çex Respublikasının sabiq Baş naziri Yan Fişer, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, BMT Baş Assambleyasının 67-ci sessiyasının prezidenti və Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç, Xorvatiyanın sabiq Baş naziri Yadranka Kosor, Bosniya və Herseqovinanın sabiq Baş naziri və xarici işlər naziri Zlatko Laqumciya, Monteneqronun sabiq Baş naziri İqor Luksiç, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç, Sloveniya Respublikasının sabiq Prezidenti və Baş naziri Borut Pahor iştirak edəcəklər. Bu isə beynəlxalq tərəfdaşların regionun sabitliyi və Avrointeqrasiya proseslərinə verdiyi strateji əhəmiyyəti bir daha önə çəkir.

Konfrans çərçivəsində dünyada baş verən geosiyasi dəyişikliklərin Qərbi Balkanlar regionuna təsiri, regional sabitlik və təhlükəsizlik çağırışları, eləcə də beynəlxalq tərəfdaşların – ABŞ, Avropa İttifaqı, Rusiya, Çin və Türkiyənin regiondakı maraqları və rolu ətrafında strateji müzakirələr aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri