35 metrlik asteroid yerə doğru gəlir
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Astronomlar Yerə çox yaxın məsafədən keçəcək yeni asteroid aşkar ediblər. 2026 JH2 adlandırılan kosmik cisim mayın 18-də planetimizin cəmi 90 min kilometrliyindən ötüb keçəcək.
Demokrat.az xəbər verir ki, bu məsafə Yerlə Ay arasındakı orta məsafənin dörddə biri qədərdir.
Arizona və Kanzasdakı rəsədxanalar tərəfindən müəyyən edilən asteroid bəzi peyklərin orbitindən belə Yerə daha yaxın olacaq. Apollon sinfinə aid edilən bu obyektin trayektoriyası Günəş ətrafında fırlanarkən Yerin yolu ilə kəsişir. Alimlər 2026 JH2-nin hər hansı toqquşma təhlükəsi yaratmadığını, lakin trayektoriyasının diqqətlə izlənildiyini bildirirlər.
Asteroidin ölçülərinin 15-35 metr arasında olduğu təxmin edilir. Bu da 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhəri üzərində partlayan məşhur kosmik cismin ölçüləri ilə demək olar ki eynidir. Parlaqlığı getdikcə artan asteroid həvəskar teleskoplarla da müşahidə edilə biləcək səviyyəyə çatacaq.
Qeyd edək ki, bu hadisə alimlər üçün nadir tədqiqat fürsəti yaradır. Virtual Teleskop Layihəsi mayın 18-də asteroidin keçidini İtaliyadan canlı yayımlamağı planlaşdırır. Belə yaxın keçidlər Yer cazibəsinin asteroidlərin fırlanma hərəkətinə və səthinə təsirini öyrənmək üçün əvəzolunmaz imkan hesab olunur.
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:110 metrlik asteroid Yerə yaxınlaşır
30 Aprel 2026 15:42
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
27 Dekabr 2024 09:25
60 metrlik asteroid Ayla toqquşa bilər Yerə təsiri necə olacaq?
27 İyul 2025 13:14
Yerə doğru iki təhlükəli asteroid UÇUR
04 Dekabr 2024 11:04
Baxış sayı:126
Bu xəbər 17 May 2026 22:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları