Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

350 milyard nəyə, necə, nə zaman xərcləndi?

350 milyard nəyə, necə, nə zaman xərcləndi?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton Kiyev üzərindən korrupsiya faktı aşkarlayıb

Zelenski məsuliyyəti üzərindən atır, Bayden zərbə altındadır

Ukraynadan sonra Ermənistan da hesabat verməli olacaq?

Ukraynada müharibənin bitirilməsinə hədəflənən proses bəzi mətləblərin də üzərinə işıq salmağa başlayıb. Belə ki, ötən 3 il ərzində Ukraynaya edilən yardım müzakirə predmetinə çevrilib. Ən maraqlı hal isə ondan ibarətdir ki, yardım verən tərəf ilə alan tərəf arasında səslənən rəqəmlər bir-birindən kəskin dərəcədə fərqlənir. Bəlli olduğu kimi, ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya təxminən 350 milyard dollar yardım ayırıb, lakin bu vəsaitlərin xərclənməsi ilə bağlı hesabatların olmaması narahatlıq doğurur: “Prezident Zelenski ötən həftə bildirdi ki, ABŞ-ın Ukraynaya ayırdığı vəsaitin yarısını belə almayıb. Biz Kiyevə, görünür, 350 milyard dollar ayırmışıq. Ola bilər ki, bir qədər az, amma bu, böyük məbləğdir. Bəs bu pullar haradadır? Hara gedib? Mən bu barədə heç bir hesabat görməmişəm”, - deyə Tramp vurğulayıb.

Tramp 350 milyardın hesabını aparır, Zelenski “görmədim” deyir...

Prezident Zelenski isə tamam fərqli rəqəmlərlə danışır. Belə ki, o ABŞ-nin keçmiş prezidenti Co Baydenin administrasiyasının Kiyevə yardım üçün ayırdığı milyardlarla dolların hara getdiyini bilmədiyini etiraf etsə də, miqdarın 350 milyard olmadığını bildirib. Hətta o, ABŞ-ın Ukrynaya 177 milyard dollar yardım ayırdığı ilə bağlı xəbər eşitdiyini, bu pulun yarıdan çoxunu görmədiyini deyib. Zelenski Ukraynanın cəmi 75 milyard dollar aldığını təsdiqləyib. “Ukraynanın müharibə zamanı ordunu dəstəkləmək üçün 200 milyard aldığı doğru deyil. Bütün bu pulların hara getdiyini bilmirəm”, - Zelenski bildirib.

Belə olan məqamda Ukraynaya ayrılan maliyyə yardımı ilə bağlı şəffaflıq məsələsi yenidən gündəmə gəlir. Tramp isə bu məsələdə israrlı görünür - “Ukrayna ABŞ-ın pulunun hara getdiyini izah etməlidir və ya onu qaytarmalıdır” - deyən yeni prezident, Zelenski ilə paralel olaraq keçmiş administrasiyanı da “fakt qarşısında qoyur...

Ukraynada “yuyulan” pullar və Hanterin “əfv”i...

Haşiyəyə çıxaraq Trampın inauqurasiya mərasimindəki çıxışına diqqət yetirsək, orada maraqlı bir məqama rast gələ bilərik. Belə ki, yanvarın 20-də 47-ci prezident kimi and içən zaman Tramp nitqində bir sıra məsələlərə toxunmaqla yanaşı, əvvəlki administrasiyanın - Bayden komandasının bütün çirkin fəaliyyətini də ifşa etmişdi. O, əvvəlki komandanın ölkədə formalaşdırdığı radikal və korrupsioner quruluşu pisləmişdi. Xalqa müraciətində Tramp keçmiş hökuməti dövlətin əsas təsisatlarına etinasızlıq göstərərək vətəndaşlardan güc və sərvət qoparmaqda ittiham etmişdi. Paralel olaraq bildirək ki, Bayden prezidentliyinin son günlərində oğlu Hanter Bayden haqqında əfv sərəncamı imzalamışdı. Hanter Baydenə vergidən yayınma da daxil olmaqla 9 ittiham irəli sürülmüşdü və o, məhkəmədə təqsirli bilinmişdi. İttihamlar arasında Ukranya ilə bağlı məqam da yer alırdı. Belə ki, Hanter Ukraynada bəzi fəaliyyətlərlə yadda qalmışdı və onun korrupsiya əməliyyatı apardığı barədə mülahizələr vardı - hətta Bayden prezident seçildiyi dövrdə Tramp bu məsələlərin açılması ilə bağlı Ukrayna tərəfinə müraciət etsə də, ona cavab verilməmişdi.

Bayden komandasına açıq ittiham...

İndi isə vəziyyət dəyişib - ortada müzakirəsi aparılan məbləğ olduqca böyükdür. Zelenski anlayır ki, gec-tez postunu təhvil verdikdən sonra mütləq şəkildə bu ittihamlara cavab verməli olacaq və 350 milyard dolların hesabatı ondan tələb ediləcək. Bu baxımdan, Zelenski işini indidən ehtiyatlı tutur:

- Məbləği 75 milyarda qədər “azaltmaqla” məsuliyyəti bölüşür;

- Tramp hakimiyyətinə Bayden administrasiyasına qarşı korrupsiya ittihamını tam şəkildə gerçəkləşdirmək üçün olduqca mühüm bir əsas verir;

- Ukrayna müharibəsinin davam etməsində israrçı olan tərəflərin əsl maraqlarını ortaya qoyur - Bayden administrasiyası hansı yolla olursa olsun, bu müharibəni sona qədər aparacaqlarını bildirirdilər.

Beləliklə, Tramp Ukraynadakı korrupsiya şübhəsini daxili arenaya daşımaq imkanı əldə edir. Onsuz da bu, Baydenə yaxın siyasətçilərə qarşı yönəldilən və təsdiqlənən ilk ittiham olmayacaq - Demokratlar Partiyasının aparıcı senatorlarından biri sayılan, Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri olmuş Bob Menendez də korrupsiya ilə həbsə alınıb. O, Misir və Nyu-Cersi iş adamlarından siyasi güzəştlər müqabilində, qızıl külçələr də daxil olmaqla, rüşvət aldığı üçün 11 il həbs cəzasına məhkum edilib. Beləliklə Bayden komandasının aparıcı simalarının Ukrayna üzərindən də belə oyunlar oynaması ehtimalı da ola bilər. Bu isə hər bir halda Trampın işinə yarayacaq - bir tərəfdən özünün cəmiyyətdəki imicini artıracaq, digər tərəfdən Ukrayna müharibəsində ABŞ-ın (dolayısı ilə Baydenin) maraqlarının nədən ibarət olmasının əsl mahiyyətini xalqına çatdıracaq və nəhayət, gələcək seçkilər üçün dividend qazanacaq. Ən əsası isə Tramp birmənalı qəbul edilməyən addımlarını əsaslandıracaq - burada əsas diqqət USAID ilə bağlı məsələyə yönəlməlidir.

USAID-in Ermənistandakı korrupsiya çəmbəri...

USAID-i xatırlatmaqda məqsədimiz var. Bilindiyi kimi, Tramp hakimiyyətə “qədəm qoyduğu” ilk günlərdə imzaladığı fərmanla USAID-in layihələri dayandırılıb. Aparılan araşdırmalarda isə USAID-lə bağlı mühüm korrupsiya faktları tapılıb. Burada bir məqam xüsusilə vurğulanmalıdır - Ukrayna kimi, Ermənistan da USAID-in külli-miqdarlı vəsaitlərinə “qonaq” edilib. Ümumiyyətlə, USAID-in fəaliyyətində hər zaman “ermənipərəstlik” qırmızı xəttlə keçib. Qeyd edək ki, ötən ilin iyul ayında USAID-in rəhbəri Samanta Pauer Ermənistana səfər etmişdi. Səfər zamanı təşkilatın Ermənistanda “Amazon web service” ilə hökumət arasında əməkdaşlığı dəstəkləmək üçün 5 milyon dollar ayırdığı bildirilmişdi. S.Pauer USAID Ermənistanın informasiya texnologiyaları sektoruna daha 2,4 milyon dollar ayıracağını da elan etmişdi.  USAID rəhbəri 2023-cü ildə də Ermənistana səfər edib və səfər zamanı Qarabağı könüllü tərk edən ermənilərlə görüşərək Azərbaycanın əleyhinə fikirlər səsləndirmişdi. Təşkilat bununla da kifayətlənməyib. Ötən ilin sentyabrında USAID Ermənistana maliyyə yardımının həcmini iki dəfədən çox - 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını elan etmişdi. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, bu vəsaitlər “demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək”di. Başqa sözlə, bu vəsaitləri də Ukraynada olduğu kimi “qaytarılması” və “gözlə görülməsi” mümkün olmayan sahələrə yönləndiriləcək...

P.İSMAYILOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:247
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri