36 gündür fasiləsiz yağış yağır Tarixə düşdü
Icma.az, Gununsesi saytına istinadən bildirir.
Fransada ardıcıl yağan yağışlar ölkə tarixində yeni rekordla nəticələnib.
Gununsesi.info xəbər verir ki, bu barədə “BFMTV” telekanalı məlumat yayıb.
Belə ki, Fransada yanvarın 14-dən fevralın 18-dək ardıcıl 36 gün yağış yağıb. Bu göstərici ölkə tarixində müşahidə olunan ən uzun fasiləsiz yağış dövrü hesab olunur.
Ardıcıl yağan yağışlar bir sıra departamentlərdə daşqınlara səbəb olub. Nəticədə bir neçə departamentdə ən yüksək – qırmızı səviyyəli təhlükə elan edilib. Bundan əlavə, 9 departamentdə narıncı xəbərdarlıq səviyyəsi tətbiq olunub və fevralın 19-u bu departamentlərin sayı 10-a çatdırılacaq.
Bundan əvvəlki rekord isə 2023-cü ildə qeydə alınmışdı. Həmin vaxt ölkədə oktyabr-noyabr aylarında 32 gün ardıcıl yağış yağmışdı.
Baxış sayı:164
Bu xəbər 18 Fevral 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















