Icma.az
close
up
RU
37 nin 37 yaşlı qurbanı: İlk repressiya olunan Azərbaycan qadını Ümmügülsüm

37 nin 37 yaşlı qurbanı: İlk repressiya olunan Azərbaycan qadını Ümmügülsüm

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aynur Turan

1920-ci illərdən başlayaraq 30 ilə yaxın davam edən repressiya illərində Azərbaycan ərazisindən 100 minə yaxın ziyalı-hərbçi, mədəniyyət və incəsənət xadimi, alim, yazıçı, müəllim, din xadimi və onların ailə üzvləri Sibirə, Orta Asiyaya və Qazaxıstana sürgün olunmuşdur. 1930-cu illər

ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi həbsi və məhvi ilə nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar — İ.V.Stalin və L.Beriyanın repressiya “sunamisi” bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltaraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu. Bu barədə son otuz ildə yetərincə tədqiqatlar aparılıb, kitablar nəşr olunub, bədii və sənədli filmlər çəkilib, bundan sonra da yəqin ki, bunlar davam etdiriləcək. Xüsusilə, 80-ci illərin sonları 90-cı illərin əvvəllərində bu müəlliflərin repressiya olunmasına dair arxiv sənədləri üzə çıxarılmış, məhvedilmə səbəblərinə aydınlıq gətirilməyə çalışılmışdır. Ancaq repressiya hadisəsinə yanaşmanın metodologiyası işlənib hazırlanmadığından hələ də sovet repressiya maşınının törətdiyi cinayətlərin müəllifi, səbəbləri qeyrimüəyyən qalır.

Repressiyaya məruz qalan, güllələnənlərin, sürgün edilənlərin, həbsxana divarları arasında min bir işgəncə ilə qətlə yetirilənlərin arasında qadınların sayı az olmayıb. Bu qadınların böyük əksəriyyəti Sovet rejimi, communist ideologiyası və mövcud quruluşa qarşı real və ciddi təhlükə

yarada biləcək güc və zəka sahibləri kimi qəbul edilirdilər. Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin az öyrənilmiş bir dövrünü yeni istiqlal məfkurəsi işığında xalqa azadlıq ruhunu aşılayan repressiyaya məruz qalan yüzlərlə yazarlarımız arasında faciəli həyat sahibi Ümmügülsüm Sadıqzadənin də yeri, sönməyən ulduzu vardır. Azərbaycanlı şairə, repressiya qurbanı Ümmügülsüm Sadıqzadə Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub. O da Azərbaycan ədəbiyyatının həmişəyaşar vətən fədailərindəndir.

Həyat və yaradıcılığı

Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. O, evdə atasından ərəb və fars dilini öyrənib. 1908-ci ildən şeir yazmağa başlayıb. Şeir və hekayələri "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan" və digər qəzet və jurnallarda dərc olunub. 1914-cü ildən mətbuatda hekayələri dərc olunmağa başlayır. 1915-ci ildə "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb.1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər yazıb. Aprel işğalından sonra isə işğala qarşı "Hicran", "Bayrağım enərkən" adlı şeirlərini yazıb. "Bayrağım enərkən" şeiri 3 may 1920-ci ildə Azərbaycan bayrağının parlament binasından götürülməsi münasibətilə qələmə alınıb. Bu şeirlər 1920-1930-cu illərdə Türkiyədə, Azərbaycan siyasi mühacirləri arasında geniş yayılmış, M.Rəsulzadə mühacirətdə yazdığı əsərlərində onlardan

xüsusi bəhs etmişdir. İşğaldan sonra ailəsi ilə birlikdə Xızıya köçüb. 1937-ci ildə həyat yoldaşı Seyid Hüseyn həbs edildikdən sonra Ümmügülsüm də "xalq düşməni"nin həyat yoldaşı kimi həbs olunaraq Bayıl həbsxanasına aparılır. Mənzilində axtarış aparılır, əmlakı isə müsadirə olunur. Həbsindən sonra əsərləri qadağan edilir. Bayıl həbsxanasında olduğu dövrdə "Qala xatirələrim" adlı xatirat yazıb. Bir neçə ay Bayıl həbsxanasında saxlanıldıqdan sonra 8 il həbs cəzasına məhkum edilərək, Mordva vilayətində yerləşən Temlaq islah əmək düşərgəsinə göndərilib. 1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraхılmasını istəyib. 1944-cü ilin aprel ayında həbsdən azad olunur. Bir neçə gün Bakıda yaşadıqdan sonra ona Bakıda yaşamağa icazə verilmir. Buna görə də o, Şamaxıya köçür. Burada bir neçə ay yaşadıqdan sonra 1944-cü il sentyabrın 17-də 45 yaşında Şamaxıda vəfat edib. Şaxəndan qəbiristanlığında dəfn edilib.

Ailəsi

Müsavat partiyasının qurucularından olan MəhəmmədəliRəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub. 1916-cı ildə Tağıyev teatrında C.Məmmədquluzadənin "Ölülər" pyesinin ilk təqdimatında yazıçı Seyid Hüseynlə tanış olub. Daha sonra 1920-ci ildə onunla ailə qurub. Bu evlilikdən bir qızı 3 oğlu dünyaya gəlib. Qızı Qumral Sadıqzadə yazıçı, oğulları Oqtay və Toğrul isə rəssam olublar. Oqtay Sadıqzadə Azərbaycan Respublikasının xalq rəssamıdır. Kiçik oğlu Çığatay isə fəhlə batalyonunda xidmət

edərkən ağır katorqa işləri nəticəsində vərəm xəstəliyinə tutularaq, 24 yaşında vəfat edib.

Xatirəsi

Qızı Qumral Sadıqzadə atası Seyid Hüseynə həsr olunmuş "Son mənzili Xəzər oldu" romanının 2 ci hissəsində Ümmügülsümdən də geniş bəhs edib. 2022-ci il dekabrın 18-də "Bakı" Rəsm Qalereyasında Ümgülsüm Sadıqzadənin xatirəsinə həsr olunmuş "Çəmən ayrısı" adlı sərgi açılıb.

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Ümmügülsüm Sadıqzadənin faciəli həyatına da yer verilib.

Düşmənlərindən güclü şəxsiyyət - Ümmügülsüm

Gənc ailə artıq əsməkdə olan repressiya rüzgarını hiss edirdi. Onların oğlu Xalq rəssamı Oqtay Sadıqzadə xatirələrində qeyd edirdi ki, biz hər gün qapının döyüləcəyini gözləyirdik. Və o acı gün gəlib çatır. Ümgülsümün həyat yoldaşı Seyid Hüseyni 1937-ci il, iyulun 15-də Şüvəlandakı bağında həbs edirlər. Oğlu Toğrulun – “Ata, nə vaxt qayıdacaqsan” sualı cavabsız qalır. 1938-ci ilin yanvar ayında Seyid Hüseyn güllələnir. Bundan sonra növbənin Ümmügülsümə çatması şübhəsiz ki gözlənilən idi.1937-ci ilin noyabrın 2-də onu “xalq düşməninin ailəsi” kimi həbs edib Bayıl həbsxanasına salırlar. Beləcə, 37- nin 37 yaşlı repressiya qurbanı olur Ümgülsüm Sadıqzadə. Həm də ilk repressiya olunan Azərbaycan qadını…

Repressiya dalğasının günahsız “günahkarı

Ona səkkiz il iş kəsilərək 1938-ci ildə Mordova MuxtarRespublikasının Yavas qəsəbəsində Telmaq əmək islah düşərgəsinə göndərilir.O, düşərgədə olduğu müddətdə ağır sürgün günlərini yazmaqla ovunurdu. “Qala xatirələrim” beləcə yaranır. O, Mikayıl Müşfiqin sevimli Dilbəri ilə eyni düsərgədə olub, onun vəziyyətini acı ilə qələmə alıb. Ümgülsüm Sadıqzadə repressiya dalğasının günahsız “günahkarı”, ” müqəssiri” idi. Ən böyük günahı isə pantürkist damğası ilə həbs olunmuş yazıçı Seyid Hüseynin həyat yoldaşı, Məmməd Əmin Rəsulzadənin ilə yaxın qohumu olması idi.

““Ey buzlu şimaldan qopan rüzgar! Toxunma qəlbimə, atəşi parlar”- deyən bir qadını susdurmaq, cəzalandırmaq rejimin bacaracağı “ən yaxşı iş” idi. Cəza olaraq ailəsindən uzaq salınması yetməzmis kimi, artıq 1942-ci ildə 20 yaşına çatan oğlu Oqtayın “xalq düşməninin oğlu” kimi sürgün olunması ana qəlbinə daha bir dağ basdı.

Oqtay sürgündən azad olunanda Ümgülsüm artıq dünyada yox idi. Kiçik oğlu Cığatay isə işçi batalyonundan xəstə qayıtmış və qısa zaman sonra vəfat etmişdir. Repressiya onların nəslindən on üç qurban aldı. On üç yaşanmamış, yarımçıq qalmış həyat… Repressiya illərinin sərt küləkləri sakitləşdi. Ölkədə siyasi vəziyyət dəyişdi, elə bir gün gəldi ki, çoxları kimi Seyid Hüseyn və Ümgülsüm xanım da bəraət aldı.

(ardı var)

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see184

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see177

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see159

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see139

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see139

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see129

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see128

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see128

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri