Icma.az
close
up
RU
Minsk Qrupu nəhayət tarixə gömüldü RƏYLƏR

Minsk Qrupu nəhayət tarixə gömüldü RƏYLƏR

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Azay Quliyev: “Bu, Prezident İlham Əliyevin parlaq diplomatik Zəfəridir”

Şəbnəm Həsənova: “Sülh gündəliyi diktə deyil, regionun dirçəlişinə xidmət edir”

ATƏT Minsk prosesi və onunla əlaqəli strukturların bağlanmasını başa çatdırıb. Bu barədə ATƏT bəyanat yayıb. Təşkilatın bəyanatında qeyd olunub ki, bütün lazım olan inzibati prosedurların tamamlanması ilə Minsk qrupunun bağlanması prosesi yekunlaşır: "Bu proses avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı müştərək deklarasiyanın nəticəsi olaraq ATƏT-in üzvü olan 57 ölkənin sentyabrın 1-də əldə etdiyi konsensusu həyata keçirdi".

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib. Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Millət vəkili Azay Quliyev Sherg.az-a deyib ki, bir vaxtlar guya münaqişənin həlli üçün yaradılan, lakin otuz il ərzində heç bir nəticə əldə etməyən, əksinə prosesi süni surətdə uzadan, işğal faktını legitimləşdirməyə çalışan, Azərbaycanın haqlı mövqeyinə laqeyd və ədalətsiz yanaşan bu mexanizm nəhayət ki, tarixin arxivinə gömüldü: "ATƏT-in bu qərarı Ermənistan-Azərbaycan münaqişəsinin tam və qəti şəkildə həll edildiyini, regionda yaranmış yeni geosiyasi reallıqların dəyişməz olduğunu beynəlxalq səviyyədə bir daha təsdiq edir. Bu hadisə, sözün əsl mənasında, Azərbaycan diplomatiyasının və Prezident İlham Əliyevin parlaq siyasi, tarixi və strateji qələbəsidir. Bu, təkcə bir strukturun ləğvi deyil, otuz illik ədalətsizliyə qarşı Azərbaycanın göstərdiyi iradənin, gücün və haqqın beynəlxalq miqyasda rəsmi tanınmasıdır. Azərbaycan dövləti bir daha sübut etdi ki, ədaləti bərpa etmək üçün başqalarından asılı deyil, öz haqqını özü təmin edir və beynəlxalq təşkilatlar da gec-tez bu reallıqla barışmağa məcbur olurlar".

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova da Sherg.az-a bildirib ki, ATƏT-in Minsk Qrupu 30 ilə yaxın zaman çərçivəsində Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı heç bir əməli addım atmadı. Baxmayaraq ki, fəaliyyət profili də, istiqaməti də məhz bunun üzərində qurulmuşdu:

"Həmin bu Qrupda fəaliyyət göstərən diplomatların bölgəyə turistik səfərlərindən savayı yaddaşımız heç nəyi xatırlamır. Digər bütün məsələlər isə yaxşı yadımızdadır. Bu yaddaş üzərində formalaşan Azərbaycan dövləti və xalqı müştərək şəkildə atmış olduğu addımlarla həmin o tarixə qovuşan münaqişəni məhz öz milli iradəsi hesabına həll etdi. Bu gün artıq fərqli reallıqları yaşayırıq. Qarabağ yenidən qurulur, bərpa edilir və bizim Zəfərimiz dünya tərəfindən tanınır. Münaqişəni həll də etmişik, Zəfərimizi də legitimləşdirmişik. Bütün bunların fonunda Azərbaycan Ermənistan qarşısında haqlı olaraq 2 məsələ qaldırdı. Bunlardan biri ATƏT-in Minsk Qrupunun ləğvi, digəri isə Ermənistan Konstitusiyasının dəyişdirilməsi. Proseslərə mərhələli yanaşılır. Qrupun ləğvi haqlı olaraq onunla əsaslandırıldı ki, əgər artıq keçmiş məlum münaqişə üzrə bir termin leksikonda və bütünlüklə reallıqda yoxdursa, o zaman şübhəsiz ki, məhz həmin münaqişənin həll edilməsi istiqamətində yaradılan hər hansı bir təsisata da ehtiyac yoxdur. Azərbaycan atmış olduğu ardıcıl addımlarla, prinsipial qərarlarla ona nail oldu ki, ümidlə gözümüzü dikdiyimiz ATƏT-in Minsk Qrupunun özü dünyaya gözlərini yumur". 

Ş.Həsənova qeyd edib ki, sülh gündəliyi Azərbaycanın müəyyənləşdirdiyi yol üzrə inkişaf edir: "Burada xüsusilə bir məqamı vurğulamaq istəyirəm ki, sülh gündəliyi diktə siyasətindən uzaqdır. Əsas məsələ odur ki, həmin bu gündəlik xalqların birgə yaşamasına, iqtisadi baxımdan dövlətlərin dirçəldilməsinə xidmət edəcək. Bu istiqamətdə ATƏT-in Minsk Qrupunun ləğvi Azərbaycanın növbəti diplomatik uğuru və zəfəri kimi xarakterizə olunmalıdır. Bu, eyni zamanda onu sübut edir ki, Azərbaycan Lideri cənab İham Əliyev həqiqətən də uzaq görən siyasət yürüdür". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri